Icma.az
close
up
RU
Rusiyadan Ağalarovlarla bağlı gözlənilməz TƏLƏB

Rusiyadan Ağalarovlarla bağlı gözlənilməz TƏLƏB

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiyada “Crocus City Hall”da törədilmiş terror aktı üzrə cinayət işində zərərçəkmişlər “Crocus Group”un sahibləri olan biznesmenlər Araz və Emin Ağalarovların əmlakının müsadirə olunmasını tələb edirlər.

Globalinfo.az Bakupost-a istinadən xəbər verir ki, vəkillər bu tələbi hadisə baş verən zaman yanğınsöndürmə sistemləri, giriş-çıxış nəzarəti, təxliyə qapılarının açılması kimi təhlükəsizlik sistemlərinə cavabdeh olan strukturlardan birinin də Araz və Emin Ağalarovlara məxsus “Crocus” şirkətinin olması ilə əsaslandırıblar.

Zərərçəkmiş tərəfin vəkili İqor Trunov bildirib:

“Rusiya İstintaq Komitəsindən xahiş edirik ki, Crocus Group şirkətinin, “Crocus” ASC-nin, “Crocus Profi” mühafizə şirkətinin, həmçinin “Crocus International”un sahiblərinin əmlakına təcili şəkildə həbs qoyulsun. Bu, Rusiya Cinayət Məcəlləsinin 238.3-cü maddəsi üzrə (təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) törədilmiş cinayətlə əlaqədar zərərçəkmişlərin hüquqlarının təmin edilməsi məqsədi daşıyır.”

O, əlavə edib ki, vəsatət artıq qəbul olunub.

Bildirilib ki, Ağalarovların bütün əmlakına mümkün qədər tez həbs qoyulmalıdır, çünki onlar hələ əmlaklarını tam şəkildə xaricə çıxarmamış ola bilərlər.

Rusiyanın “RBK” nəşri Ağalarovlara mövzunu şərh etmələri üçün sorğu ünvanlayıb.

Qeyd edək ki, Araz Ağalarov terror aktı ilə bağlı heç bir məhkəmə prosesində təqsirləndirilən şəxs qismində çıxış etmir.

Eyni zamanda, hadisə baş verən gün zalda olan şəxslər “Antipanik” sisteminin və metal detektorların işləmədiyini, mühafizə xidmətinin isə öz vəzifələrini yerinə yetirməkdən yayındıqlarını bildiriblər. Buna cavab olaraq oliqarxın oğlu Emin Ağalarov bir sıra açıqlamalar verib ki, bütün xidmətlərin qaydasında olduğunu bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:310
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 Sentyabr 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see293

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see282

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see279

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see274

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see274

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see269

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see260

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see259

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see253

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see252

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see234

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see229

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see228

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see228

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see225

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see222

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see217

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see216

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see213

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri