Türkiyə Rusiyadan konpensasiya tələb edəcək
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Türkiyə 2024-cü ilin noyabrında “Superjet” təyyarəsinin enişindən sonra Antalyadakı hava limanında baş vermiş yanğınla əlaqədar “Azimut” aviaşirkətindən xərclərin ödənilməsini tələb edə bilər.
Axar.az xəbər verir ki, bu barədə vəkil Candaş Gürol Rusiya mətbuatına açıqlamasında deyib.
Vəkil bildirib ki, Türkiyə Nəqliyyat Nazirliyi bu insidentlə bağlı ayrıca araşdırma aparır:
“Türkiyə hakimiyyətinin şirkətdən yanğının söndürülməsi, texniki xidmət və hadisə səbəbindən aviasiya əlaqələrində yaranan fasilələrlə bağlı kompensasiya tələb edəcəyi gözlənilir. Bu araşdırma yekunlaşmaq üzrədir”.
Qeyd edək ki, Gürol bir neçə turistin maraqlarını təmsil edir. Onlar aviaşirkəti təyyarə qəzasını qəsdən törətməkdə və dələduzluqda ittiham edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 19 Aprel 2025 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















