Rusiyadan Azərbaycana nağd pul gətirilməsinə limit qoyuldu
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiyadan Azərbaycana 1 milyon rubldan ( 20 min 108 manatdan) artıq nağd rubl aparılması məhdudlaşdırılıb.
Modern.az xəbər verir ki, bu, Rusiya Prezidenti Vladimir Putinin imzaladığı fərmanda əksini tapıb. Yeni qayda Avrasiya İqtisadi İttifaqına üzv ölkələrlə yanaşı, Azərbaycan, Tacikistan və Özbəkistana da şamil olunur. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün məhdudiyyət aparılan məbləğdən asılı olmayaraq tətbiq edilir.
Fərmanda istisna nəzərdə tutulub: fiziki şəxs hökumətin müəyyən etdiyi beynəlxalq hava limanından keçərsə və nağd rublun bank hesabından çıxarıldığını müvafiq sənədlərlə təsdiqləyərsə, 1 milyon rubldan artıq məbləğ apara bilər. Beynəlxalq daşımalar və diplomatik ehtiyaclarla bağlı hallar üçün də ayrıca istisnalar müəyyən edilib.
Qayda pozulduqda fiziki şəxsin apardığı 1 milyon rubldan artıq hissə, hüquqi şəxs və fərdi sahibkarın isə apardığı bütün nağd rubl müsadirə edilir. Fərman rəsmi dərc olunduğu gündən qüvvəyə minib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 29 Sentyabr 2026 14:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















