Icma.az
close
up
RU
Rusiyadan Azərbaycana pul göndərişində kritik azalma... SƏBƏBLƏR

Rusiyadan Azərbaycana pul göndərişində kritik azalma... SƏBƏBLƏR

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


Məlum olduğu kimi, son bir ildə bank infrastrukturu və “Zolotaya Korona”, “Unistream” və “Contact” platformaları vasitəsilə Rusiyadan qonşu ölkələrə pul köçürmələri xeyli azalıb. Bu, bir neçə əsas səbəblə bağlıdır. Qərbin sanksiyalarının tətbiqindən sonra bir çox fiziki şəxslər və müəssisələr rublun ucuzlaşması ilə əlaqədar aktivlərini xaricə köçürdürlər. 2024-cü ildə rublun məzənnəsinin dəyişməsi xarici valyuta ilə köçürmələri daha da bahalaşdırdı. Xüsusilə, Qərbin sanksiya siyasəti ilə əlaqədar bəzi bankların əməliyyatlarının məhdudlaşdırılması köçürmə həcmlərinə mənfi təsir göstərdi.

Mövzuya münasibət bildirən Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov Bakupost.az -a deyib ki, Azərbaycana köçürülən pul vəsaitlərinin strukturunda Rusiyanın çox böyük payı var:


"Hazırda Rusiya iqtisadiyyatında kifayət qədər mürəkkəb məzmunlu proseslər gedir. Rublun sabitliyi ilə bağlı problemlər var. Eyni zamanda Rusiya iqtisadiyyatında sürətlə transformasiya gedir. Yəni sanksiyalar, Qərblə münasibətlərin kəskin şəkildə pisləşməsi nəticəsində sözügedən ölkənin iqtisadiyyatında daxili və xarici iqtisadi nöqteyi-nəzərdən ciddi dəyişikliklər baş verir. Bu proseslər tamamlandıqdan sonra Azərbaycana Rusiyadan daxil olan vəsaitlərin həcmində artım olacaq. Bu, müvəqqəti haldır. Sadalanan proseslər başa çatandan sonra Rusiya iqtisadiyyat güclənəcək. Bu da Rusiyanın qonşu ölkələrlə qurduğu iqtisadi əlaqələrdə, o cümlədən xarici ticarətdə canlanmaya səbəb olacaq. Çünki Qərbdən Şərqə doğru istiqamətlənmə və son nəticədə qonşu ölkələrlə iqtisadi əməkdaşlığın dərinləşməsi hazırda Rusiya iqtisadi siyasətinin əsasını təşkil edir”.

İqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, Rusiyaya qarşı sanksiyaların tətbiq olunması bu ölkədə rublun dollara nisbətən kifayət qədər ucuzlaşmasına səbəb olub. Rusiyada olan vətəndaşlarımız qazancı rublla əldə edir, sonra onu dollara dəyişərək ölkəyə göndərir. Rubl ucuzlaşdığı üçün onu dollara çevirəndə vəsaitin həcmi ikiqat azalır. Digər tərəfdən, Rusiya hazırda müharibə ilə əlaqədar müəyyən sanksiyalar ilə üzləşib. Kredit və bank kartlarından istifadə etmək imkanları məhdudlaşıb. Həm də Azərbaycan artıq Rusiyanın bir çox ödəniş kartlarını qəbul etmir:


“Sanksiyalara görə, Azərbaycan Rusiyadan beynəlxalq pul köçürmə sistemi ilə də pul qəbul etmir. Təkcə Rusiyanın daxili pul köçürmə sistemi işləyir. Onların da hamısı Azərbaycanda işləmir. Bütün bu texniki və iqtisadi səbəblər Rusiyadan göndərilən pul vəsaitinin həcmini azaldıb”.

İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycana xaricdən ən çox vəsait Rusiya və Türkiyədən daxil olur. Çünki hər iki ölkədə yüz minlərlə soydaşımız yaşıyır. Onlar qazandıqları vəsaitin bir hissəsini ailələrinə sürətli pul köçürmələri vasitəsilə göndərirlər. İndi Rusiyadan pul köçürmələri azalıb. Çünki onlarda da iqtisadi vəziyyət gərginləşib:


“Bu durum regionlarda yaşayan əhalinin maddi vəziyyətinə mənfi təsir edən amilə çevrilib. Çünki xaricdən gələn pul həm ölkənin ticarət dövriyyəsində mühüm rol oynayırdı, həm də regionlarda yaşayan əhalinin maddi vəziyyətində müsbət dinamika yaradırdı”.

Sevinc,

BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:224
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 05 Fevral 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri