Rusiyadan buğda daşıyan qatar Azərbaycandan Ermənistana yola düşdü
Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
"Ermənistan hökuməti Rusiyadan buğda daşıyan qatarın Azərbaycan ərazisindən keçməsində rəsmi Bakının göstərdiyi səyləri yüksək qiymətləndirib".
Avtosfer.az xəbər verir ki, bu barədə Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan "Armenpress"ə bildirib.
O qeyd edib ki, yaxın zamanda buğda daşıyan qatar Ermənistana çatacaq:
"Rusiyadan Ermənistana gedən buğda yüklü qatar artıq Azərbaycan ərazisindən Gürcüstan istiqamətində keçib. Rusiya buğdasını daşıyan qatar tezliklə Ermənistana çatacaq. Fürsətdən istifadə edərək, azərbaycanlı və rusiyalı həmkarlarımın bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndirdiyimi bildirmək istərdim. Bu hadisə qarşılıqlı etimadın möhkəmləndirilməsi və sülh gündəliyinin irəlilədilməsi üçün böyük əhəmiyyətə malikdir", - deyə Qriqoryan bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 05 Noyabr 2025 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















