Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə indiyə qədər daşınan taxılın həcmi açıqlanıb
Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Prezident İlham Əliyevin qərarına uyğun olaraq Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı işğaldan bəri mövcud olan məhdudiyyətlərin aradan qaldırılmasından sonra qonşu ölkəyə yük göndərişi davam edir.
BAKU.WS xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq, Azərbaycan Dəmir Yollarından məlumat verilib.
Bildirilib ki, 9 noyabr 2025-ci il tarixindən Rusiyadan Ermənistana Azərbaycan ərazisi ilə tranzit keçməklə taxıl daşınmasına başlanılıb. 560 ton taxıl yüklü 8 vaqondan ibarət sonuncu qatar 23 dekabrda Ermənistana yola salınıb.
"İndiyədək Rusiyadan Ermənistana Azərbaycan ərazisi ilə tranzit keçməklə ümumilikdə 3500 tona yaxın taxıl yüklü 3 qatar göndərilib",-deyə qurumdan əlavə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 25 Dekabr 2025 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















