Icma.az
close
up
RU
Menu

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

Temu adı ilə dələduzluq

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

Arteta Arsenal ın çempionluğunu oyunçuları ilə birlikdə qeyd etmədi

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

Yuxuda boşqab görmək nə deməkdir?

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

Nazan Öncel və Sezen Aksu arasında nə baş verib? Yarım əsrlik dostluq bitdi

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

Mayın 21 i Beynəlxalq Çay Günüdür

Bakı Sammitindən əsən səmt küləyi

Bakı Sammitindən əsən səmt küləyi

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu “yaşıl” axın bütün maneələri aşaraq dünyaya anlaşma və dialoqun müsbət impulslarını çatdırdı

Hər şey Bakının planlaşdırdığı kimi keçdi. İqlim Sammiti hamının bildiyi problemlərə işıq tutmaqla yanaşı, bəzi gizlinlərin də üzə çıxmasına vəsilə oldu. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, bütün sivil normalarına zidd olaraq, siyasiləşdirilmə ilə üzləşdi.

Bakının yüksək təşkilati, elmi, metodoloji və informasiya səviyyəsinə baxmayaraq, Qərbin bəzi aparıcı dövlətləri Bakı konfransını ləkələmək üçün müxtəlif üsullara əl atdılar. Sual olunur: “Kollektiv Qərb” üçün nə üstünlük təşkil edir: ekoloji problemlərin həlli, yoxsa hegemonluq, neoimperialist istəklər? Yoxsa onlar ekoloji təşəbbüsləri boğmağı qarşıya məqsəd qoyublar?

Əslində, planeti bürüyən ekoloji böhrandan narahat olan bəşəriyyət üçün müstəsna əhəmiyyətə mailk COP29-u nüfuzdan salmaq kampaniyası konfransın açılışından xeyli əvvəl başlamışdı.

Həmin qarayaxma kampaniyasının, Bakıya siyasi-ideoloji təsir “eşelonunun lokomotivi” Fransa və onun “kiçik bacısı” Ermənistan idi. Bu “çete” COP29-u boykot etməkdən ötrü arsenalına xeyli “arqument və fakt” toplamışdı. Birincisi “fakt” neft hasil edən ölkədə iqlim sammitinin keçirilməsinin yolverilməzliyi ilə bağlı yalan tezisə əsaslanırdı. Prezident İlham Əliyev noyabrın 12-də COP29-un açılış mərasimindəki nitqində düzgün və ironik şəkildə qeyd etdi: “Bizi neftə malik olmaqda günahlandırmaq bizi Bakıda ilin 250-dən çox gününün günəşli keçməsində ittiham etməyə bərabərdir...”.

Anti-Azərbaycan dairələrin bu istiqamətdə “əşyayi-dəlilləri” COP28-in gündəlik orta hesabla 3,2 milyon barel neft hasil edən Birləşmiş Ərəb Əmirliklərində keçirilməsi kimi təkzibolunmaz faktla kəllə-kəlləyə gəlir. Ən maraqlısı isə Azərbaycandan sonra COP-un növbəti sessiyasına ev sahibliyi hüququnu qazanan daha bir neft ölkəsi – sutkada 3,022 milyon barel neft hasil edən Braziliyadır. Fəqət, bu halda burjua cəmiyyətinin “təbiətsevər düşərgəsi”, ekoloji fəalları, Bakının üstünə “yeriməyə çalışan” dövlətlər bu neft nəhənginin “qanunsuzluğu” ilə bağlı etirazlarını bildirmir, tənqid səsləndirmirlər.

Bundan heç də az maraq kəsb etməyən başqa bir məqam isə ekoloji forumların keçirilməsi üçün mənəvi kriteriyaları əllərində bayraq edən “qeyrətli mühafizəçilər”dən heç birinin Azərbaycanda həyata keçirilən yaşıl enerji siyasəti, alternativ enerjiyə keçid layihələri barədə bir kəlmə də danışmamasıdır. Bunun əvəzində ölkəmizi etnik təmizləmədə, insan hüquqlarını pozmaqda, qanunsuz həbslərdə və daha nələrdə ittiham etməkdən, iqlim sammitini boykot çağırışlarından yorulmadılar.

* * *

Gözlənildiyi kimi, şərti olaraq “böyük güclər” (“ermənipərəst düşərgə” termini bu kontekstdə cılız səslənir – red.) adlandırılan həmin anti–Azərbaycan qaragüruhunun bütün planları pozuldu. Sadəcə, ortada xeyli sayda cavabsız suallar qaldı. Misal üçün, Azərbaycan ərazilərinin vəhşicəsinə işğalı niyə bu gün “etnik azlıqların və ayrı-seçkiliyə məruz qalan xalqların” hüquqlarının müdafiəçilərini, QHT “çempionlarını” etiraz səslərini ucaltmağa sövq etmədi?! Əksinə, onların və onlar kimilərin səsi yalnız erməni işğalına dəstək, onu konservləşdirmək və ya əbədiləşdirmək istəyi kontekstində eşidildi.

Anti–Azərbaycan “orkestrində yeni skripkaçı” rolunda çıxış etməyə başlayan, Prezident İlham Əliyevin sammitdə Qərbin ünvanına səsləndirdiyi qınaqları bəhanə edərək Bakıya səfərini təxirə salan Fransanın ekologiya naziri Anyes Panye-Rünaşenin bu “jestini” ekoloji forumu siyasiəşdirmək cəhdi kimi dəyərləndirmək lazımdır.

Madam Rünaşe hesab edirdi ki, Bakıdan səslənən tənqidin təbiətin mühafizəsi və ətraf mühit problemləri ilə heç bir əlaqəsi yoxdur. Guya, dövlətimizin başçısının çıxışı “kifayət qədər siyasiləşdirilib”. Hər şeydən aydın olur ki, başqasının gözündə tük axtardığı zaman öz gözündə tiri görməmək “fenomenal” qabiliyyətdir. Belə çıxır ki, Qərbə siyasiləşməyə icazə olar, amma Azərbaycana yox?

“Kollektiv Qərb” İlham Əliyevin ədalətli tənqid obyektinə çevrilmiş Makron rejiminin müstəmləkə zonasında törətdiyi cinayət əməllərinə göz yummağa üstünlük verir. Kiçik ada dövlətlərin torpaqları dünya nikel ehtiyatlarının təxminən 10 faizini əhatə edir və nikel filizlərinin istehsalına görə, dünyada dördüncü yeri tutur. Bundan əlavə, adalarda dəmir filizi, manqan və xrom yataqları aşkar edilib. Bütün bunlar əməyin mühafizəsi və istehsalçıların sağlamlığı üçün müasir texnologiyalardan məhrum olan təbii sərvətlərin amansız istismarına səbəb olur. Bu isə ekologiyaya, ətraf mühitə ciddi xələl gətirir.

Yeni Kaledoniyanın yerli sakinlərinə – ada əhalisinin 41,7 faizini təşkil edən kanaklara qarşı etnik ayrı-seçkilik problemindən bütün dünyanın xəbəri var. Bu xalqdan asan pul qazanmaq naminə ucuz işçi qüvvəsi kimi istifadə edilməsi məsələsi həm COP29-un daxilində, həm də ondan uzaqda qızğın müzakirələrə səbəb oldu.

* * *

Bakıya qarşı başqa bir stereotip təzyiq metodu ölkəmizdə insan haqlarının pozulması ilə bağlı ciddi ittihamlar idi. Heyrət doğuracaq fakt o idi ki, bu ittihamlar bütöv dövlətlərin və xalqların hüquqlarını tapdayan, sərvətini mənimsəyən “Qoca qitə”nin oturuşmuş dövlətlərinin rəsmilərinin dilindən, həm də ekstravaqant–burjua dünyasının reallıqları fonunda eşidilirdi. Dünyada, o cümlədən ABŞ-də insan haqları ilə bağlı problemi olmayan ölkə varmı? Doğrudanmı Azərbaycan bu problemlərin mövcud olduğu yeganə ölkədir? Ritorik sualdır.

Bakı Sammitinin yaddaqalan epizodlarından biri. Azərbaycana qarşı hücumlara ən yaxşı cavab COP29-un əhəmiyyətinin müzakirə olunduğu “G20”lərin Zirgə görüşündən qayıdan BMT-nin Baş katibi Quterreşin çıxışı oldu: “COP29-da iş davam edir. Ümumi yanaşmanı inkişaf etdirin... Ümumi razılığa gəlmək üçün müsbət impulslar görürəm...”.

Bədxahların bütün cəhdlərinə baxmayaraq, Bakı Sammitində ümumi razılaşma, enerji keçidinin yekun formatını inkişaf etdirəcək tarixi bir irəliləyiş əldə edildi. BMT-nin Baş katibinin proqnozu öz təsdiqini tapdı: yoxsul ölkələr hər il 300 milyard dollar alacaqlar!

Azərbaycan qollarını çırmalayıb iş gördü. Necə ki, bu yolla dövləti möhkəmləndirdik, ordunu gücləndirdik və torpaqları işğaldan azad etdik. Biz bir daha dünyaya işləməyi və nəticələrdən sevinməyi bacardığımızı sübut etdik. Bu, COP29-da Azərbaycanın nümayiş etdirdiyi ən səmimi və ibrətamiz əyani təşviqat vasitəsi də sayıla bilər.

P.S. İqlim konfransının davam etdiyi iki həftə ərzində Bakıda isti payız idisə, indi havalar soyuyub, temperatur kəskin şəkildə aşağı düşüb. Abşeronda ilboyu müşahidə edilən şimal-qərb küləyi öz yerini tutub. İnanırıq ki, bu, daha yaxşı işlərin, Azərbaycanın yeni uğurlarının əlamətidir.

İ.HƏSƏNQALA
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Noyabr 2024 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

20 May 2026 13:49see246

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see235

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see231

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

20 May 2026 18:18see188

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see180

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see180

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

20 May 2026 22:27see176

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

20 May 2026 19:55see176

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

21 May 2026 09:50see172

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

20 May 2026 17:31see171

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

21 May 2026 09:50see165

Arteta Arsenal ın çempionluğunu oyunçuları ilə birlikdə qeyd etmədi

20 May 2026 13:15see165

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

20 May 2026 20:48see164

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

20 May 2026 22:30see163

Yuxuda boşqab görmək nə deməkdir?

21 May 2026 09:51see161

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

21 May 2026 09:50see159

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

20 May 2026 22:47see158

Nazan Öncel və Sezen Aksu arasında nə baş verib? Yarım əsrlik dostluq bitdi

20 May 2026 21:47see151

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

22 May 2026 07:27see149

Mayın 21 i Beynəlxalq Çay Günüdür

21 May 2026 09:49see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri