Icma.az
close
up
RU
Rusiyadan gələn təhlükəyə qarşı mümkün qədər diqqətli olmalıyıq Fuad Abbasov

Rusiyadan gələn təhlükəyə qarşı mümkün qədər diqqətli olmalıyıq Fuad Abbasov

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

"Rusiya daha radikal və aqressiv addımlar üçün Bakının Moskvaya qarşı ciddi tədbirlər görməsini gözləyir"


Rusiya növbəti dəfə "Şahed" kamikadze pilotsuz uçuş aparatları ilə Ukraynanın Odessa şəhərinə hücum edib. Hücum zamanı ərazidəki SOCAR terminalları ciddi zədələnib. Rusiya avqustun 8-də də SOCAR-ın neft bazasına zərbə endirmişdi. Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Silahlı Qüvvələrinin Azərbaycanın SOCAR şirkətinin neft bazasına hücumunu Ukraynanın enerji müstəqilliyinə zərbə adlandırıb. 

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa da deyib ki, Rusiya SOCAR-ın Odessadakı neft bazasına qəsdən hava zərbələri endirir: "İşğalçı ölkə bunu bilərəkdən, Azərbaycanın maraqlarına zidd olaraq edir. Onun sözlərinə görə, bu, bir daha Ukrayna ilə Azərbaycan arasında əməkdaşlığın yeni səviyyəsinin vacibliyini, eləcə də bu cür hücumlara müvafiq diplomatik və hüquqi cavabların verilməsinin zəruriliyini nümayiş etdirir. Rusiyanın son illərdə həm regional, həm də beynəlxalq siyasətdə yürütdüyü xətt daha da aqressiv hal alıb. Xüsusilə son günlər Azərbaycanın yürütdüyü müstəqil xarici siyasət kursu, ABŞ ilə yüksək tərəfdaşlıq siyasəti, habelə Ermənistanla sülh müqaviləsinin imzalanması üçün ABŞ administrasiyası ilə aparılan səmərəli müzakirələr Moskvada ciddi qıcıqla qarşılanıb. Rusiyadakı azərbaycanlılara qarşı görülməmiş vəhşilik, AZAL təyyarəsinin vurulması ilə nəticələnən faciənin baş verməsi Kremlin Azərbaycana qarşı açıq düşmənçilik siyasətinin təzahürü idi. Bu siyasət Azərbaycanın maraqlarına, iqtisadi və diplomatik fəaliyyətinə qarşı yönəlmiş ardıcıl zərbələrlə özünü büruzə verir. SOCAR-a məxsus təsisatın hədəf alınması da birbaşa Azərbaycanın Ukrayna ərazisindəki diplomatik və iqtisadi maraqlarına yönəlmiş təxribatdır. Azərbaycan Hava Yollarına məxsus təyyarənin vurulması bu düşmənçiliyin daha bir acı nümunəsi kimi tarixə yazıldı. Rusiya bu hadisə ilə bağlı bu günə qədər aydın, qaneedici izahat verməyib. Bu isə Moskvanın məsuliyyətdən yayınma taktikasının və özünü "toxunulmaz güc" kimi təqdim etməyə çalışmasının göstəricisidir. Bu hadisələr rəsmi dairələrin səssizliyi fonunda sanki təşviq olunur. Rusiya öz hərbi gücünü və siyasi təsir imkanlarını yalnız qorxu vasitəsi kimi istifadə edərək postsovet məkanını nəzarət altında saxlamaq niyyətini gizlətmir. Moskva öz addımları ilə isbatladı ki, bölgədəki sülh və inteqrasiya əvəzinə hədə-qorxu, düşmənçilik siyasətini öndə saxlayır. Nasist Adolf Hitler almanların ari irq olduğu, digər bütün xalqların isə onların köləsi kimi qəbul edildiyi siyasi konsepsiyanı əsas götürürdü. Hazırda Rusiyanın siyasətinə nəzər saldıqda, oxşar tendensiyanı müşahidə edə bilərik. Rusiyada təzyiqə, hücumlara məruz qalan təkcə azərbaycanlılar deyil. Orta Asiyadan gələn miqrantlar da oxşar hücumların hədəfindədir. Ancaq bu kimi əməllər Rusiyaya fayda gətirməyəcək. Ona görə də Moskva Azərbaycana qarşı düşmənçilik siyasətindən əl çəkib, ən qısa zamanda münasibətlərin normallaşdırılmasına çalışmalıdır.


Politoloq Fuad Abbasov Sherg.az-a açıqlamasında deyib ki, Rusiyanın atdığı addımlar Azərbaycanı qıcıqlandırmaq üçündür. Ekspert vurğulayıb ki, 44 günlük savaşdan öncə Rusiya ermənilər vasitəsilə, münaqişə üzərindən Azərbaycana bu və ya digər formada təsir göstərirdi: 

"Rusiya keçmiş Qarabağ münaqişəsi vasitəsilə Azərbaycanla bağlı tələblərini həyata keçirirdi. 5 ildir bu problem yoxdur, torpaq bütünlüyümüz, suverenliymiz bərpa olunub. Aparılan danışıqlar nəticə vermək üzrədir. Ötən müddətdə Ermənistan və Azərbaycan liderləri Vaşinqtonda mühüm sənəd imzaladılar, sülh sənədi də paraflandı. Eyni zamanda Zəngəzur dəhlizinin açılmasına qərar verildi. Artıq bu istiqamətdə işlərə start verilib. Rusiya isə bütün proseslərdən kənarda saxlanılıb. Moksva bundan çox qıcıqlanır. Ona görə də simvolik olaraq İran PUA-ları ilə Ukraynadakı SOCAR təsisatlarını hədəf alır. Bunu ilk növbədə Rusiyanın Azərbaycana xəbərdarlığı kimi qiymətləndirmək olar. Yəni Kreml Azərbaycana mesaj verir ki, bu şəkildə müstəqil hərəkət etməyə davam edərsə, Moskvanı kənarda saxlayarsa, nəinki Ukraynadakı SOCAR-a məxsus bazaya zərbə endirməklə kifayətlənəcək, üstəlik, Xəzər dənizində, Bakı şəhərində müəssisələrə də zərbə endirə bilər. Azərbaycan isə təbii olaraq baş verənlərə görə Rusiyaya etirazını bildirir". 


F.Abbasov bəyan edib ki, Rusiya Ukraynadakı bütün obyektləri özü üçün "legitim hədəf" hesab edir: 

"Halbuki, Azərbaycan bu müharibədə heç bir şəkildə iştirak etmir. Sadəcə olaraq Ukraynaya digər ölkələr kimi humanitar yardım göstərir. Belə gərgin dönəmdə Azərbaycan ərazisi işğala məruz qalmış Ukraynaya humanitar yardımı əsirgəmədi. 2 milyon dollarlıq bir yardım göndərərək Kiyevə kömək əlini uzatdı. Moskva bu addımı öz maraqlarına qarşı hərəkət kimi dəyərləndirir. Görünən odur ki, Rusiyanın Azərbaycana yönəlik davranışları davam edəcək. Buna cavabımız necə olmalıdır? Mümkün qədər diqqətli olmalıyıq. Rusiya daha radikal və aqressiv addımlar üçün Bakının Moskvaya qarşı ciddi tədbirlər görməsini gözləyir. Ona görə də təhrik məqsədilə edilən təxribatlara aldanmayaraq diplomatik yollarla etirazımızı bildiririk".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 Avqust 2025 04:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyan: Ermənistan və Azərbaycan ərazi bütövlüyü məsələsini həll edib

18 Avqust 2025 19:09see220

Britaniya həmin siyahını İrana verdi: Bu müsəlman ölkəsinin adı var!

19 Avqust 2025 00:40see188

Vətən sərhədlərində gözlərini qırpmadan keşik çəkənlər... Azərbaycan Sərhəd Mühafizəsi 106 yaşında

19 Avqust 2025 00:40see148

Vüqar Əhmədovun vazkeçilməz 10 manatlıq şirkəti Bu dəfə 2,3 milyonluq müqavilə bağlayıb

18 Avqust 2025 20:36see136

Azərbaycan dilində danışmıram? Özüm bilərəm Günel VİDEO

19 Avqust 2025 09:02see133

Ukrayna Luqansk sərhədlərində 5 minə yaxın əsgərini itirib

18 Avqust 2025 08:08see125

Peskovun qızı istirahət görüntülərini paylaşdı FOTO

18 Avqust 2025 19:33see125

Pandemiya ilə bağlı yazılan cərimələr gələn il qüvvədən düşür HÜQUQŞÜNAS FOTO

18 Avqust 2025 15:33see125

“Ata yurdumda uşaqlıq xatirələrimi yada salıram” DEPUTAT

18 Avqust 2025 08:25see125

İnsanın beyin hüceyrələri siçanları depressiyadan sağaldıb...

18 Avqust 2025 23:43see122

Nəsillərə örnək olan qüdrətli poeziya Bəxtiyar Vahabzadə 100

19 Avqust 2025 21:02see122

İqtisadçı: “Subsidiyaların hədəfə çatması üçün ciddi nəzarət mexanizmləri lazımdır”

18 Avqust 2025 14:34see121

Starlink in işində nasazlıq yarandı

19 Avqust 2025 02:37see120

Ukraynadakı müharibəni sona çatdıra bilərik NATO Baş katibi

19 Avqust 2025 00:04see120

İmişli də ən azı bir yüzfaizli qol imkanını əldən verdi Aslan Kərimov debütantlardan nə gözləyir?

19 Avqust 2025 02:36see118

Debütündə parlayan serb

18 Avqust 2025 14:01see117

Qarabağ ın Budapeşt zəfəri Video

20 Avqust 2025 02:51see117

Ədalətsiz 907 ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında qurulan strateji tərəfdaşlığın növbəti göstəricisidir ŞƏRH

18 Avqust 2025 08:37see117

Burak Yılmaz Super Liqa klubunda

19 Avqust 2025 00:05see117

Bakıda torpaq bahalaşıb VİDEO

20 Avqust 2025 00:29see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri