Icma.az
close
up
RU
“TRT Haber”: 2025 ci ildə Bakı ilə İrəvan arasında etimad mühitinin formalaşdırılması istiqamətində əməli addımlar atılıb

“TRT Haber”: 2025 ci ildə Bakı ilə İrəvan arasında etimad mühitinin formalaşdırılması istiqamətində əməli addımlar atılıb

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan ilə Ermənistan arasında davamlı sülh naminə münasibətlərin normallaşdırılması prosesi 2026-cı ildə də davam edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin “TRT Haber” telekanalının saytında dərc olunmuş analitik məqalədə deyilir.

Telekanal 2025-ci ildə Bakı ilə İrəvan arasında baş vermiş aktiv təmaslara və praktiki addımlara diqqət ayırıb.

Telekanalın çoxmilyonlu tamaşaçı auditoriyasına Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda keçirilmiş görüşünün nəticələri xatırladılıb. Bildirilir ki, 2025-ci il avqustun 8-də Ağ Ev rəhbərinin iştirakı ilə Birgə Bəyannamə imzalanıb və sülh sazişinin mətni paraflanıb.

“Beləliklə, tərəflər regionda ziddiyyətlərin dayandırılmasına və münasibətlərin tam normallaşdırılmasına qətiyyət nümayiş etdiriblər. Ötən il ərzində etimad mühitinin formalaşdırılması istiqamətində bir sıra əməli addımlar atılıb”, – deyə məqalədə bildirilir və Azərbaycan ərazisi vasitəsilə Ermənistana yüklərin tranzitinə başlanması xatırladılır.

Məqalədə Zəngəzur dəhlizinə və ya TRIPP layihəsinə (“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” – red.) ayrıca diqqət yetirilir və qeyd olunur ki, bu layihə regionda normallaşma prosesinin iqtisadi və infrastruktur bazasının formalaşdırılmasına imkan verəcək.

2026-cı ildə bu təşəbbüsün reallaşdırılması üzrə praktiki addımların atılacağı ilə bağlı gözləntilər vurğulanır.

Yazıda ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması da xatırladılır və bildirilir ki, bu qurum uzun illər ərzində Qarabağ məsələsinin tənzimlənməsi üzrə çoxillik siyasi və diplomatik səylərin nəticəsizliyinin simvoluna çevrilib. “ATƏT MQ-nin missiyasının dayandırılması Qarabağ münaqişəsinin gündəmdən tam çıxarıldığını sübut edib”, – deyə Türkiyə telekanalı vurğulayır.

Xəbər kanalı Ermənistanda qarşıdan gələn seçkilərdən sonra Konstitusiyanın dəyişdirilməsi imkanını da istisna etmir. Qeyd olunur ki, Ermənistanın əsas qanununun preambulasından Azərbaycana qarşı ərazi iddialarını əks etdirən sənədə istinadın çıxarılması sülh sazişi prosesinin başa çatdırılması üçün kritik əhəmiyyət daşıyır.

Həmçinin tərəflərin nəqliyyat, ticarət və energetika sahələrində qarşılıqlı fəaliyyət çərçivəsinin genişləndirilməsi istiqamətində yeni addımların mümkünlüyü istisna edilmir ki, bu da iki ölkə arasında münasibətlərin möhkəm sülh şəraitində qurulmasına imkan verəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Yanvar 2026 00:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see234

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see229

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see217

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see183

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see181

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see159

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see159

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see145

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see141

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see139

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see139

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see135

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see134

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see134

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see133

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see130

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri