Rusiyadan Özbəkistana uçan 4 təyyarə əlverişsiz hava səbəbindən başqa şəhərlərə eniş edib KONKRET
Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Moskva, Sankt-Peterburq, Yekaterinburq və Ufadan Özbəkistanın Nəvai, Tirmiz və Namanqan şəhərlərinə uçan təyyarələr təyinat məntəqələrində duman olduğundan başqa hava limanlarına yönləndirilib.
KONKRET.az xəbər verir ki, bu barədə Özbəkistan Hava Yollarının mətbuat xidməti məlumat yayıb. Aydın olub ki, “Uzbekistan Airways”in Vnukovo-Buxara və “Red Wings Airlines”-ın Yekaterinburq-Buxara reysləri Nəvai hava limanına enib. Sərnişinlərə yerüstü nəqliyyat vasitəsi ilə son mənzillərə çatdırılacağı vəd edilib. Özbəkistan Hava Yollarına məxsus Sankt-Peterburq-Termez reysini həyata keçirən təyyarə Səmərqənddə, Ufa-Namanqan reysini icra edən hava gəmisi isə Daşkətdə eniş edib. Yeri gəlmişkən, daha əvvəl bildirilmişdi ki , Kamçatkada təyyarə yanğın sensorlarının işə düşməsi səbəbindən geri qayıdıb. Sonradan məlum olub ki, həyəcan siqnalı yalan imiş.
Vəli Həsənoğlu,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 05 Dekabr 2024 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















