Rusiyadan Putinin iqamətgahına “hücum”a SƏRT CAVAB Lvova endirilən “Oreşnik” zərbəsinin ANBAAN VİDEOSU
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
Yanvarın 9-da gecə saatlarında Ukrayna ərazisində kritik əhəmiyyətli obyektlərə kütləvi zərbələr endirilib.
Bizim.Medida xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Hücumlar zamanı Rusiya Silahlı Qüvvələri “Oreşnik” raket kompleksindən də istifadə edib.
“Cinayətkar Ukrayna rejimi tərəfindən törədilən istənilən terror aktı bundan sonra da cavabsız qalmayacaq”, - deyə nazirlikdən bildirilib.
Nazirliyin məlumatına görə, bu zərbələr Ukrayna Silahlı Qüvvələrinin (USQ) Rusiya Prezidenti Vladimir Putinin iqamətgahına hücum cəhdinə cavab olaraq həyata keçirilib.
Ukrayna KİV-ləri isə Lvov vilayətinə “Oreşnik”lə zərbə endirildiyini yazıblar.
Bildirilir ki, Ukrayna hərbçiləri dekabrın 29-na keçən gecə Novqorod vilayətində yerləşən Rusiya liderinin iqamətgahına hücum etməyə cəhd göstəriblər. Rusiya hava hücumundan müdafiə sistemləri USQ-ya məxsus 91 pilotsuz uçuş aparatını məhv edib. Hücum 13 saat davam edib.
Rusiya tərəfi baş verənləri terror aktı kimi qiymətləndirib. Moskva Kiyevə “qeyri-diplomatik” cavab veriləcəyini və danışıqlardakı mövqenin dəyişdiriləcəyini bəyan edib.
Xatırladaq ki, dekabrın 29-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov gecə saatlarında Ukrayna hərbçilərinin Novqorod vilayətində Rusiya dövlət başçısının iqamətgahına zərbə endirməyə cəhd göstərdiyini açıqlayıb.
O bildirib ki, Kiyev bu məqsədlə 91 pilotsuz uçuş aparatından istifadə edib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, bütün dronlar məhv edilib.
Ukrayna Prezidenti Volodimir Zelenski isə bu iddiaları təkzib edib.
ABŞ milli təhlükəsizlik rəsmiləri Ukraynanın Rusiya prezidenti Vladimir Putinə və ya onun heç bir yaşayış yerinə qarşı dron hücumları həyata keçirmədiyini bildiriblər. ABŞ Prezidenti Donald Tramp da sosial şəbəkə hesabında Rusiyanın bu iddiasının uydurma olması ilə bağlı paylaşım edib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 09 Yanvar 2026 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















