Rusiyadan Türkiyəyə S 400 jesti: Bu ölkəyə satmasına mane olmayacaq
Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiyanın Türkiyənin ABŞ-dan F-35 qırıcıları əldə etmək üçün S-400 hava hücumundan müdafiə sistemlərini Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) satmaq planına mane olmayacağı iddia edilib.
Turkustan.az xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Türkiyə Rusiyadan aldığı S-400 sistemlərini və ya onların komponentlərini Moskvanın razılığı olmadan üçüncü ölkəyə sata və ya təhvil verə bilməz.
Nəşrin qiymətləndirməsinə əsasən, Ankara BƏƏ ilə razılığa gələrsə, Rusiyanın belə bir satışa mane olması ehtimalı azdır. Buna səbəb kimi BƏƏ-nin NATO üzvü olmaması və Moskva ilə Əbu-Dabi arasında ciddi gərginliyin mövcud olmaması göstərilib.
Məlumata görə, Türkiyənin S-400-lərdən imtina etməsi məsələsi ABŞ-dan F-35 qırıcılarının alınması prosesində əsas maneələrdən biri olaraq qalır. Vaşinqtonun S-400-lərlə bağlı mövqeyinin Ankara ilə F-35 danışıqlarını çətinləşdirdiyi qeyd olunub.
Nəşr həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Al Jazeera”ya son açıqlamasını xatırladıb. Ərdoğan ABŞ prezidenti Donald Trampın F-35 qırıcıları ilə bağlı verdiyi vədi yerinə yetirməsini gözlədiyini bildirib./publika.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 19 Avqust 2026 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















