Icma.az
close
up
RU
Rusiyadan Vaşinqton razılaşmasına təhdidlər artır Kreml prosesə əngəl olmağa çalışır

Rusiyadan Vaşinqton razılaşmasına təhdidlər artır Kreml prosesə əngəl olmağa çalışır

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Politoloq Elxan Şahinoğlu Rusiya rəsmilərinin son açıqlamalarını təhlil edərək, Kreml dairələrinin ABŞ-nin vasitəçiliyi ilə əldə olunan 8 avqust razılaşmasına qarşı mövqeyini tənqid edib.

O bildirib ki, Moskvanın diplomatik manevrləri Vaşinqtonda imzalanmış sənədin reallaşmasına əngəl törətmək məqsədi daşıyır və bu prosesdə Kremlin əsas dayağı Ermənistanın radikal müxalifətidir.

Elxan Şahinoğlu bildirib ki, Rusiya rəsmiləri ilk günlər ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında imzalanan 8 avqust müqaviləsinə səbirli yanaşır və bu sənədin əleyhinə çıxış etmirdilər. Bu mövqe Rusiya Prezidenti Vladimir Putinin Trampla Alyaskada planlaşdırılan görüşünə görə idi. Həmin dövrdə Kreml rəhbərliyi Trampın təşəbbüsünü gözdən salacaq addımlardan çəkinirdi.

Politoloq vurğulayıb ki, müqavilənin imzalanmasından bir ay keçməsinə baxmayaraq, artıq rusiyalı rəsmilər, xüsusilə də xarici işlər naziri Sergey Lavrov Vaşinqton razılaşmasına qarşı tənqidi fikirlər səsləndirməyə başlayıblar. Lavrov razılaşmanı Bakı və İrəvanın suveren qərarı kimi dəyərləndirsə də, sənədə iki zəruri “əlavə” edib: birincisi, Rusiya tərəfinin prosesin icrasını yaxından izlədiyi, ikincisi isə sənədə dair ilkin müsbət rəylərin skeptik yanaşmalarla əvəzləndiyidir.

Elxan Şahinoğluna görə, Lavrovun “skeptik rəylər” ifadəsi ilə hədəf aldığı qrup Ermənistanın radikal müxalifətidir. Politoloq qeyd edib ki, bu qüvvələr Kremlin İrəvandakı əsas dayaqlarıdır və məhz onlar Vaşinqton razılaşmasına qarşı ən sərt çıxışlar ediblər.

Sonda Elxan Şahinoğlu xəbərdarlıq edib ki, həm İrəvan, həm də Vaşinqton prosesi sürətləndirməlidir. Onun fikrincə, Zəngəzur dəhlizinin inşası və Azərbaycanla sülh müqaviləsinin imzalanması təxirə salınmamalıdır. Çünki gecikmə Kremlin maraqlarına xidmət edir.

Rasim Əliyev

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 Sentyabr 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri