Rusiyadan yeni qanun təklifi: Bu şəxslər...
Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu barədə Rusiyanın Əmək Nazirliyi Teleqram kanalında məlumat yayıb.
"Əmək Nazirliyi xidmət sektorunda rus dilini bilməyən əcnəbi işçilərin işə götürülməsini qadağan edən reqlamenti ictimai müzakirəyə təqdim edib", - məlumatda bildirilib.
Qeyd edilib ki, yeni tələblər Rusiya vətəndaşları ilə birbaşa ünsiyyəti nəzərdə tutan peşələrə şamil ediləcək. Taksi sürücüsü, satıcı və tibb işçiləri belə peşələrdən hesab olunur.
"Bu layihə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, eləcə də əhalinin təhlükəsizliyinin gücləndirilməsi məqsədi daşıyır. Rus dilini bilmək bu cür mütəxəssislərin səmərəli işləməsi üçün zəruri şərtdir", - nazirliyin bəyanatında deyilir.
Qeyd edək ki, bundan əvvəl kvota əsasında gələn bəzi əcnəbi işçilər üçün məcburi rus dili imtahanını ləğv edən qanun qəbul edilmişdi. İndi yeni qayda yalnız Rusiyaya vizası olan ölkələrin vətəndaşlarına şamil edilir ki, bura Çin, Hindistan, Türkiyə kimi ölkələr daxildir. \\Ajans.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 01 Avqust 2025 20:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















