Icma.az
close
up
RU
Rusiyalı politoloq: Şimal Cənub Nəqliyyat Dəhlizi regionda yeni reallıqlar yaradır

Rusiyalı politoloq: Şimal Cənub Nəqliyyat Dəhlizi regionda yeni reallıqlar yaradır

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 13 noyabr, AZƏRTAC

Azərbaycan regionda həyata keçirilən beynəlxalq nəqliyyat layihələrinin mühüm iştirakçısı və təşəbbüskarıdır. Son illərdə ölkəmiz nəqliyyat diplomatiyasını milli maraqlarla uzlaşdıraraq həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətində mühüm tranzit mərkəzinə çevrilməkdədir. Bu, təkcə iqtisadi deyil, həm də siyasi baxımdan Azərbaycanın artan geostrateji əhəmiyyətini nümayiş etdirir. Xüsusilə Şimal-Cənub Nəqliyyat Dəhlizinin (ŞCND) reallaşması istiqamətində atılan addımlar regionun gələcək nəqliyyat xəritəsini formalaşdırır. Bu layihə, eyni zamanda, qlobal güclərin maraq dairəsindədir. Xüsusilə Hindistanın dəhlizə olan diqqəti onun Avrasiya bazarlarına çıxışla bağlı strateji məqsədlərindən xəbər verir. Lakin burada siyasi və təhlükəsizlik aspektləri də mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın dövlət maraqları, regional tərəfdaşlıq formatları və mövcud geosiyasi münasibətlər sistemi Hindistanın bu layihədə iştirakı məsələsini bir qədər mürəkkəbləşdirir.

Mövzu ilə bağlı AZƏRTAC-a açıqlama verən rusiyalı politoloq Vitali Arkov Hindistanın Ermənistana silah tədarükünü Azərbaycanın Pakistanla hərbi sahədə artan əməkdaşlığına verilən cavab kimi qiymətləndirərək deyib: “Nyu-Dehli ilə İrəvan arasında əlaqələrin intensivləşməsi Hindistanın postsovet məkanında və bütövlükdə Avropa istiqamətində genişlənən fəaliyyətinin tərkib hissəsidir”.

Arkov bildirib ki, hər iki ölkə - Hindistan və Çin Rusiya və Braziliya ilə birlikdə BRİKS-in əsasını qoyan dövlətlərdir və bu gün də birgə şəkildə qurum qarşısında duran vəzifələrin həllinə çalışırlar. Lakin buna baxmayaraq, Hindistan və Çin arasında rəqabət kifayət qədər kəskindir. Təəssüf ki, bu rəqabətə bəzən digər beynəlxalq oyunçular da cəlb olunur.

“Bu amil nəzərə alınaraq, Çin və Hindistan tərəfindən təşviq olunan iri nəqliyyat-logistika layihələrinin iştirakçılarına siyasi balanslaşdırma baxımından böyük ustalıq nümayiş etdirmək lazım gəlir. Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin həm Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (Orta Dəhliz), həm də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizində iştirakı rasional və uzaqgörən addımdır. Bu region dövlətlərinin coğrafi mövqeyi və artan dünya ticarəti həcmləri onlara müxtəlif nəqliyyat layihələrində iştirak üçün əlverişli imkanlar yaradır”, - deyə politoloq vurğulayıb.

O hesab edir ki, Bakı ilə Nyu-Dehli arasında mövcud fikir fərqlilikləri prinsipial xarakter daşımır və birbaşa dialoq vasitəsilə həll oluna bilər. “Bu məqsədlə BRIKS platformasından da istifadə mümkündür. Qrupda üzvlük üçün Azərbaycan artıq müraciət təqdim edib. 2026-cı ildə təşkilata sədrlik Hindistana keçəcək. Əminəm ki, Bakı və Nyu-Dehlinin konstruktiv dialoqa keçidinə Rusiya və İran da səmimi şəkildə dəstək göstərəcək. Çünki Moskva və Tehran Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafında, eləcə də Azərbaycanın BRIKS kimi sürətlə inkişaf edən iqtisadi birliklə əməkdaşlığında birbaşa maraqlıdır”, - deyə rusiyalı politoloq Vitali Arkov bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Noyabr 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see184

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see176

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri