Rusiyalı qadın ABŞ yə uçan təyyarədə qalmaqal yaratdı
Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ-yə uçan sərnişin təyyarəsində daha çox alkoqol istəyən qadın kabin heyəti ilə mübahisə edib və əməkdaşlara hücum edib.
BAKU.WS xəbər verir ki, hadisə sentyabrın 8-də Milandan Nyuark şəhərinə uçan "United Airlines" təyyarəsində baş verib.
37 yaşlı Rusiya vətəndaşı Kristina Kedişevanın əlavə içki tələbi rədd edildikdən sonra aqressiv davrandığı və təhlükəsizlik kəmərini taxmaqdan imtina etdiyi bildirilib. Onu sakitləşdirməyə çalışan kabin əməkdaşlarından birini dişlədiyi, digərini isə təpiklə vurduğu iddia olunur.
Hadisə səbəbilə təyyarə marşrutunu dəyişərək Men ştatının Banqor şəhərindəki hava limanına təcili eniş edib. Qadın burada polis tərəfindən saxlanılıb. O isə ittihamları rədd edərək hadisə zamanı baş verən fiziki müdaxiləni xatırlamadığını deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 11 Sentyabr 2026 09:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















