Rusiyalılar 152 ölkədə səs verəcək: Azərbaycanda 1 məntəqə olacaq
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiyada Dövlət Dumasına seçkilər keçiriləcək. Rusiya vətəndaşlarının xaricdə səs verməsi üçün 152 ölkədə yüzlərlə seçki məntəqəsi yaradılıb.
Modern.az xəbər verir ki, Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, xaricdə yaşayan və ya müvəqqəti səfərdə olan Rusiya vətəndaşlarının səs verməsi üçün müxtəlif ölkələrdə seçki məntəqələri fəaliyyət göstərəcək.
Yaxın xaric ölkələri arasında Azərbaycanda 1, Ermənistanda isə 2 seçki məntəqəsi yaradılıb. Azərbaycandakı əsas seçki məntəqəsi Bakıda, Rusiya səfirliyinin Konsulluq şöbəsində yerləşir. Məntəqəyə 8017 nömrəsi verilib.
Bundan başqa, Azərbaycan ərazisində yaşayan Rusiya vətəndaşları üçün Gəncədə də erkən səsvermə imkanı yaradılıb. Lakin əsas səsvermə sentyabrın 20-də Bakıda keçiriləcək. Ermənistanda isə səsvermə Rusiya səfirliyində və Gümrüdəki Baş Konsulluqda olmaqla iki məntəqədə təşkil ediləcək.
Gürcüstan və Ukraynada isə seçki məntəqələri yaradılmayıb. Gürcüstanla Rusiya arasında hazırda diplomatik münasibətlərin olmaması da bu vəziyyətlə bağlı qeyd edilən səbəblərdəndir. Rusiyada Dövlət Dumasına seçkilər 18–20 sentyabr tarixlərində keçiriləcək. Xaricdə səsvermənin təşkili ilə bağlı Rusiya rəsmiləri 152 ölkədə yüzlərlə məntəqənin yaradıldığını bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 17 Sentyabr 2026 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















