Icma.az
close
up
RU
Rusiyanı elə bir vəziyyətə salmaq istəyirlər ki, o, NATO ilə qarşıdurma xəttində yorğun düşsün

Rusiyanı elə bir vəziyyətə salmaq istəyirlər ki, o, NATO ilə qarşıdurma xəttində yorğun düşsün

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ukraynanın 1 iyun tarixində Rusiyanın 4 hərbi aviabazasına qarşı həyata keçirdiyi "Tor" kod adlı hücum əməliyyatı müharibənin strateji gedişatında yeni mərhələnin başlanğıcını qoydu. Rusiya tərəfi bu hücuma sərt reaksiya verəcəyini bəyan edib və cavab zərbələrinin qaçılmaz olduğunu vurğulayıb.

Mövzu ilə bağlı Redaktor.az saytına açıqlamasında politoloq Aqşin Kərimov bildirdi ki, Ukraynanın Rusiyanın 4 aviabazasındakı strateji bombardmançı təyyarələri sıradan çıxarması Moskvanın müharibədəki imkanlarını zəiflətmək baxımından önəmlidir:

"Ehtimal edirəm ki, bu kəşfiyyat planı NATO-nun kəşfiyat qərargahlarında hazırlanıb və müharibədə mümkün genişmiqyaslı eskalasiya ssenarisində Rusiyaya qarşı tutarlı bir həmlənin başlanğıcıdır. Yəni, Rusiyanı elə bir vəziyyətə salmaq istəyirlər ki, o, NATO ilə qarşıdurma xəttində yorğun düşsün.

Bununla belə, Ukrayna öz ərazilərindəki Rusiyanın nəzarət zonaları üzrə xətləri dəyişdirə bilmir. Ukraynanın müasir, qabaqcıl texnoloji və müdafiə imkanlarını səfərbər etməsi də Rusiyanın tutduğu ərazilərdə əhəmiyyətli bir dəyişiklik yaratmır. Şübhə yoxdur ki, Rusiya müharibə kampaniyasına haqq qazandırmaq üçün Ukraynanın son həmləsinə cavab olaraq yeni hücum strategiyası hazırlayacaq. Əgər Ukrayna ikinci dəfə eyni motivli əməliyyat keçirsə, Rusiyanın nüvə ritorikası sərtləşəcək və o, ilk növbədə taktiki nüvə silahlarından istfadəyə dair çağırışları gündəmə gətirəcək. Hərçənd ki, Rusiya nüvə silahının istifadəsini indilik səmərəsiz hesab edir. Çünki mümkün nüvə eskalasiyası NATO və Rusiya üçün əlverişsiz variantlar təqdim edir".

Politoloqun fikrincə, Rusiya taktiki nüvə silahlarını yalnız Ukrayna ərazisində istifadə etsə, NATO buna səssiz qalacaq, lakin hücum Alyans üzvlərindən birinə olsa, onda kollektiv əks-hücum əməliyyatı baş tutacaq.

"Rusiyanın da buna necə tab gətirəcəyi suallar doğurur. Ancaq hazırkı situasiya üçün nüvə silahı daha çox qorxutma və çəkindirmə aktı kimi qiymətləndirilir. Onun praktiki tətbiqi isə yəqin ki, məqsədəuyğun hesab edilmir. Hesab edirəm ki, hazırda Rusiya mövcud əməliyyat xətləri üzrə cavablarını sərtləşdirə bilər. Yəni, aviazərbələr, raket zərbələrinin sayı və xarakteri güclənə bilər",-deyə Aqşin Kərimov vurğuladı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 İyun 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri