Icma.az
close
up
RU
Şoyqu: “Rusiyanı parçalamaq istəyirlər”

Şoyqu: “Rusiyanı parçalamaq istəyirlər”

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu yeni yayımlanan məqaləsində Qərbin Rusiyanın çoxmillətli quruluşunu zəiflik kimi gördüyünü və ölkəni onlarca kiçik dövlətə bölmək istədiyini bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Şoyqu qeyd edib ki, “kollektiv Qərb” Rusiyanı parçalayaraq onu öz iradəsinə tabe etmək və bu yolla istismar etmək niyyətindədir:

“Bu gün Rusiyaya və cəmiyyətimizin bütün təbəqələrinə qarşı aqressiv xarici təzyiq göstərilir. Güclü anti-Rusiya təbliğatı aparılır. Tariximizə, mədəniyyətimizə, mənəvi dəyərlərimizə qarşı hücumlar davam edir. Xalqlarımızın birliyini və qardaşlığını pozmaq cəhdləri də sürür”.

Şoyqu Qərbin Rusiyanın çoxmillətli quruluşunu zəiflik kimi gördüyünü, halbuki bunun ölkənin ən böyük güc mənbəyi olduğunu vurğulayaraq yazıb:

“Düşmənlərimiz Rusiyanın çoxmillətli quruluşunu zəif nöqtə hesab edirlər. Halbuki bu, bizim ən böyük gücümüzdür. Məqsədləri Rusiyanın suverenliyini aradan qaldırmaq və ölkəmizi onlarca kiçik dövlətə bölərək öz maraqlarına xidmət etdirməkdir”.

Rusiyalı rəsmilər Qərb ölkələrinin Rus xalqının mənəvi və mədəni həmrəyliyini anlamadığını bildirərək qeyd ediblər:

“Rusiyanın çoxmillətli xalqının mənəvi və ruhi gücü ölkəmizin dağıdıcı geosiyasi texnologiyalara qarşı müqavimət göstərməsini təmin edir. Həqiqi milli inkişaf da bu birlik içində mümkündür”.

Şoyqu bu gün Rusiyanın ən vacib vəzifələrindən birinin ölkə daxilində beynəlxalq sülhü və birliyi gücləndirmək olduğunu vurğulayaraq deyib:

“Dövlət Rusiyadakı hər bir xalqın kimliyini və mədəni özünəməxsusluğunu qorumağa böyük önəm verir. Ən əsas vəzifəmiz milli birliyi, bənzərsiz mədəniyyətimizi və ənənəvi dəyərlərimizi gücləndirməkdir”.

Təxminən 200 fərqli xalqın sülh içində yaşadığı Rusiyada bu icmaların əsrlər boyu ölkənin inkişafına və dövlət quruluşunun möhkəmlənməsinə töhfə verdiyini xatırladan Şoyqu əlavə edib:

“Fərqli xalqlarımızın tarix, elm, mədəniyyət və mənəviyyat sahəsindəki nailiyyətləri Rusiyanın zəngin irsinin ayrılmaz hissəsidir. Xalqımız bu bənzərsiz mədəni müxtəlifliyi səmimiyyətlə qoruyur və bununla fəxr edir”.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Oktyabr 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see316

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see314

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see312

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see311

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see308

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see300

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see299

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see298

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see289

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see277

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see260

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see251

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see251

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see245

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see244

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see223

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see210

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see210

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see208

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri