Icma.az
close
up
RU
Rusiyanı qorxuya salan tarix: Üç istiqamətdə hücum başladı Məcbur olacaq

Rusiyanı qorxuya salan tarix: Üç istiqamətdə hücum başladı Məcbur olacaq

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İyulun 23-də Rusiya və Ukrayna nümayəndələri arasında İstanbulda baş tutan danışıqların üçüncü raundu sülhlə bağlı ümidləri bir daha doğrultmadı. Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski Prezident Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski arasında mümkün görüşün yalnız yaxşı planlaşdırıldığı halda baş tuta biləcəyini söylədi.

Moskva nümayəndəsi hazırda əsas şərtin bu olduğunu bildirib və liderlərin görüşünə öncədən hazırlığın vacibliyini vurğulayıb. Kremlin sözçüsü Dmitri Peskov da Rusiyanın əvvəldən bu görüşə çox da ümid bəsləmədiyini qeyd edib.

Globalinfo.az-a danışan politoloq Natiq Miri deyib ki, mövcud vəziyyətdə diqqətçəkən iki əsas məqam var:

“Birincisi, zaman qazanmaqdır. Rusiya bütün cəbhəboyu yay əməliyyatlarına start verib. Məqsəd Donbas vilayətinin inzibati sərhədlərinə çatmaq və bu əraziləri tam nəzarət altına almaqdır. Bölgənin ən böyük şəhərlərindən olan Pokrovsk bütün istiqamətlərdən Rusiya ordusunun hücumlarına məruz qalır. Rusiya Donbasla yanaşı, Sumı, Xarkovu və Dnepropetrovsku da hədəf alaraq Ukraynanın mərkəzinə doğru irəliləməyə çalışır. Əgər yay hücumları uğurlu olarsa, bu, Moskvanın danışıqlardakı mövqeyini gücləndirəcək və Kiyev daha çox güzəştə getməyə vadar edəcək.

Həmçinin oxuyun:

Putinlə Zelenskinin görüşü üçün tək şərtimiz var – Medinski

İkincisi, ehtimal olunan uğursuzluqdan doğan alternativ ssenaridir. Əgər Rusiya yay əməliyyatlarında gözlədiyi nəticəni əldə edə bilməsə, NATO ölkələri ABŞ-dan Ukrayna üçün daha güclü silah sistemləri almağa başlayacaq. Qısa müddət ərzində Almaniyadan Ukraynaya 5 “Patriot” hava hücumundan müdafiə batareyasının, eləcə də uzaqmənzilli “Tomahawk” ballistik raketlərinin verilməsi nəzərdə tutulur. Rusiya başa düşür ki, bu halda ölkə daxilindəki strateji hərbi obyektləri qorumaq çətinləşəcək və hazırkı dövrlə müqayisədə itkilər xeyli artacaq. Belə bir reallıq fonunda danışıqlara məcbur qalacağının da fərqindədir”.


Natiq Miri

Politoloqun fikrincə, Rusiya bu mərhələdə ritorikanı yumşaldaraq sülhpərvər görüntü yaratmağa çalışır:

“Məqsəd isə ABŞ-ın 50 gündən sonra tətbiq etməyi planlaşdırdığı yeni sanksiyalardan yayınmaqdır. Xüsusilə Rusiya neftinin satışına qarşı tətbiq olunacaq 500 faizlik məhdudiyyətlər Çin və Hindistan kimi böyük alıcı ölkələr üçün çəkindirici faktor ola bilər. Neft satışından gəlirin azalması isə Rusiyanın müharibəni davam etdirmək imkanlarını məhdudlaşdıracaq. Neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsi də ölkə iqtisadiyyatına ciddi zərbə vuracaq”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 İyul 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri