Icma.az
close
up
RU
Rusiyanı sevindirən dost həmləsi: ödəniş ləğv edildi, yeni cəbhə açıldı

Rusiyanı sevindirən dost həmləsi: ödəniş ləğv edildi, yeni cəbhə açıldı

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

⁠Ukrayna Silahlı Qüvvələrinin avqustun 22-də Rusiyanın Macarıstana neft tədarük etdiyi “Drujba” kəmərinə hücumu iki ölkə arasında gərginliyə səbəb olub.

Bu baxımdan, Ukrayna Prezidenti Volodimir Zelenski və Macarıstanın Baş naziri Viktor Orbanın qarşılıqlı təhdid dolu açıqlamaları narahatlıq doğurur. Hətta Macarıstanın xarici işlər naziri sonuncu çıxışında Kiyevin bu hücumla əslində Rusiyanı deyil, Slovakiya və Macarıstanı hədəf aldığını bildirib.

Globalinfo.az-a danışan politoloq Elçin Xalidbəyli deyib ki, Kiyevlə Budapeşt arasındakı gərginliklər yeni məsələ deyil:

“Bu proseslər əvvəldən də mövcud idi. Müharibənin ilk günlərindən etibarən iki ölkə arasında ziddiyyətlər üzə çıxmağa başlamışdı. Çünki Macarıstan əslində Qərbin Ukraynaya hərbi dəstək göstərməsinə qarşıdır. Orban hökuməti hesab edir ki, Kiyevə xərclənən maliyyə vəsaitləri Avropa dövlətlərinin sosial, iqtisadi və hərbi ehtiyaclarına yönəldilməlidir. Budapeştin mövqeyinə görə, Ukraynaya yardım Avropanın gəlirlərinin böyük hissəsini sıradan çıxarır və dəstəyin həcmi mümkün qədər məhdudlaşdırılmalıdır.

Həmçinin oxuyun:

Putin Zelenskiyə görə məşhur sözünü pozdu: Ukraynanı sevindirən təklif – 31 sonra qaytarılır


Elçin Xalidbəyli

Macarıstan dəfələrlə Avropa İttifaqının (Aİ) Ukraynaya yardım paketlərinə veto qoyub. Bununla yanaşı, Budapeşt Moskva ilə münasibətlərin normal qalmasında maraqlıdır. Orban hökuməti yaxşı anlayır ki, ölkənin enerji resursları ilə təmin olunmasında Kremlin rolu böyükdür. Ona görə də başqa ölkələrdən daha baha qiymətə neft və qaz almamaq üçün Rusiya bazarına üstünlük verir.

Ümumiyyətlə, Avropada Kiyevə münasibət o qədər də pozitiv deyil. Aİ-nin Ukraynanı dəstəkləməsinin əsas səbəblərindən biri onun Rusiya ilə Avropa arasında “bufer zona” rolunu oynamasıdır. Hesab edilir ki, Kiyev yalnız Avropanın təhlükəsizliyi üçün qorunmalıdır. Ukraynanın Polşa ilə münasibətlərində də problemlər mövcuddur. Hətta Polşa bu ölkəyə öz büdcəsi hesabına internet təminatının ödənişini belə dayandırıb”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Avqust 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri