Rusiyanın ağır günləri başlayır Moskvanı vurmaq üçün raketlər göndərilir
Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp bu gün Ukraynanın silahlandırılması ilə bağlı yeni planı açıqlayacaq. Planda Kiyevə uzaqmənzilli raketlərin verilməsinin nəzərdə tutulduğu da bildirilir.
Bakupost.az xəbər verir ki, bu barədə "Axios" sözügedən planla tanış olan iki mənbəyə istinadən məlumat yayıb.
“Hərbi yardıma çox güman ki, Moskva da daxil olmaqla Rusiya ərazisinin dərinliklərindəki hədəfləri vura bilən uzaqmənzilli raketlər daxil olacaq”, - məqalədə deyilir.
Ancaq mənbələr yekun qərarın verilib-verilmədiyindən xəbərsizdir.
Yardım planı Trampla Vaşinqtona səfər edəcək NATO-nun baş katibi Rutte arasında keçiriləcək görüşdə təqdim olunacaq.
Plana əsasən, Ukraynaya göndəriləcək ABŞ silahlarının pulunu Avropa ölkələri ödəyəcək. Qeyd edək ki, Tramp özü artıq iki dəfə bu barədə açıqlama verib.
“Trampı bu yola getməyə inandıran amillərdən biri iyulun 3-də telefon zəngi zamanı Putinin müharibəni genişləndirəcəyini açıq şəkildə bəyan etməsi olub”, - deyə mənbələr bildiriblər.
Onlar həmçinin deyiblər ki, Zelenski NATO-nun son sammitində Avropa ölkələrinin maliyyəsi hesabına Trampdan silah istəyib.
Zaur, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 14 İyul 2025 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















