Icma.az
close
up
RU
Rusiyanın Avropaya qarşı müharibəsi gündəlikdə olan mövzulardan biridir

Rusiyanın Avropaya qarşı müharibəsi gündəlikdə olan mövzulardan biridir

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib ki, Rusiya 1980-ci illərdən bəri ən böyük silahlanma proqramını hazırlayır və 2030-cu ilə qədər Avropaya hücum edə bilər.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən politoloq Akif Nağı bildirdi ki, heç bir müharibə sadəcə nəyinsə xatirinə başlamır:

"Tarix göstərir ki, bütün müharibələrin əsas səbəbi enerji daşıyıcıları, satış bazarları, xammal mənbələri və müxtəlif regionlara təsir imkanları ilə bağlıdır. Bu amillərin əldə olunması uğrunda mübarizə gedir. Rusiyanın Ukraynaya qarşı başladığı müharibə də bu faktorların təsiri altındadır. Hər müharibəyə müəyyən bəhanələr verilir ki, guya orada hansısa neofaşistlərə və ya ideoloji məsələlərə qarşı mübarizə aparılır. Amma əslində müharibələrin kökündə iqtisadi və strateji səbəblər dayanır. Rusiyanın Avropaya qarşı müharibəsi gündəlikdə olan mövzulardan biridir. Avropada, xüsusilə Almaniyada, bu məsələ ilə bağlı hazırlıq işləri gedir və digər ölkələr də bunu gizlətmir. Qərb müttəfiqlik əsasında hərəkət edir və bu koalisiyanın başında ABŞ dayanır".

Müsahibimiz bildirdi ki, ABŞ Prezidenti Donald Tramp tərəfindən təklif olunan Müharibə Nazirliyi təşəbbüsü də əslində hərbi hazırlıqdır.

"Müxtəlif ölkələrdə müdafiə və ya hərbi nazirlik adları fərqli olsa da, mahiyyət etibarilə məqsəd gücünü artırmaqdır. ABŞ özünü super dövlət hesab etdiyindən hərbi nazirliyin adını fərqli qoymaq imkanı da var. Bu addımlar Rusiyaya qarşı koalisiyanın formalaşması və müharibə ehtimalı ilə bağlıdır. Rusiyanın Avropaya hücum etməsi üçün əsas səbəblər enerji daşıyıcıları və təsir dairəsi ilə bağlı ola bilər, amma indiki mərhələdə əsas hədəf Ukrayna və NATO-nun genişlənməsinin qarşısını almaqdır. NATO artıq Baltikyanı ölkələrdə, Polşada, Rumıniyada və Ukraynanın böyük hissəsində mövqelərini möhkəmləndirib. Hər hansı bir müharibə cəhdi Rusiyanın parçalanması və dövlət kimi sıradan çıxması riskini daşıyır.

SSRİ-nin son illərindəki təcrübə göstərir ki, düşünülmədən başlanan hərbi müdaxilələr böyük fəlakətlərlə nəticələnir. Bu baxımdan, əgər Rusiyanın rəhbərliyi potensial nəticələri görürsə, Avropaya qarşı müharibəyə başlamayacaq. Avropa ölkələri isə hərbi hazırlıqları həm ölkənin daxilində qüvvələri səfərbər etmək, həm də əhalini birləşdirmək məqsədilə həyata keçirir. Sosial və millətçi qüvvələrin artması, hakimiyyət maraqları, təhlükəsizlik və dövlət siyasətinə biganəlik bu hazırlıqların əsas səbəblərindən biridir. Beləliklə, istənilən situasiyada Rusiyanın Avropaya qarşı açıq müharibəsi baş verməyə bilər, amma hadisələrin inkişafı müxtəlif istiqamətlərdə davam edə bilər", - deyə Akif Nağı qeyd etdi.

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 Sentyabr 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri