Icma.az
close
up
RU
Çin Rusiyanın Avropaya qarşı hibrid müharibəsinə qoşulub Bloomberg

Çin Rusiyanın Avropaya qarşı hibrid müharibəsinə qoşulub Bloomberg

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiyanın Avropaya qarşı hibrid müharibəsi genişlənir: pilotsuz uçuş aparatlarının davamlı uçuşları hava hərəkətini pozur, Rusiya təyyarələri Estoniya hava məkanına daxil olur, Moskvanın agentləri isə Moldovadakı seçkilərə təsir etməyə çalışıblar. Avqustda Rusiya, iddialara görə, Avropa Şurasının prezidenti Ursula fon der Lyayenin təyyarəsinin naviqasiya sistemlərini qəsdən pozub. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg”in köşə yazarı, Con Hopkins Universitetinin Qabaqcıl Beynəlxalq Tədqiqatlar Məktəbinin professoru Hal Brends yazır.

Kampaniyaya dənizaltı kabellərin sabotajı, Balkanlarda təxribatlar və Atlantik okeanındakı strateji rabitə xətlərinin izlənməsi də daxildir. Kreml bununla NATO-nun şərq cinahını zəiflətməyi, Avropanı qorxutmağı və onu ABŞ-dan ayırmağı hədəfləyir.

İndi isə bu fəaliyyətlərə Çin də qoşulub. Pekin kiberhücumlar həyata keçirir və Rusiya ilə birgə dezinformasiya kampaniyalarını dəstəkləyir. Bundan əlavə, Çin Cənub-Şərqi Avropada təsirini gücləndirərək bölgəni parçalaya biləcək "ipək pərdəsi” adlandırılan iqtisadi və informasiya təsir zonasını formalaşdırır.

Avropa ölkələri artıq reaksiya verir: Danimarka vəziyyəti "İkinci Dünya müharibəsindən bəri ən təhlükəli mərhələ” adlandırır, Fransa isə dron buraxan rus gəmilərinə qarşı xüsusi əməliyyatlar aparır. Bir çox müdafiə nazirlikləri hibrid müharibənin açıq münaqişəyə çevrilə biləcəyindən narahatdırlar, baxmayaraq ki, Rusiya ordusunun Ukraynada dərin şəkildə ilişməsi səbəbindən bu yaxın perspektivdə az ehtimal olunur.

Brends qeyd edir ki, Kreml və Pekinin bu kampaniyası Avropanın yenidən silahlanmasının və Ukraynaya dəstəyin vacibliyini artırır — qitənin təhlükəsizliyini və transatlantik birliyini qorumaq üçün bu zəruridir.

Qeyd edək ki, Avropada naməlum dronların görünməsi və Rusiya aviasiyası ilə bağlı hava insidentlərinin sayı artıb. Xüsusilə, oktyabrın 3-də axşam Münhen hava limanı dron təhlükəsinə görə bağlanıb: 17 uçuş ləğv edilib, 15 təyyarə isə Ştutqart, Nürnberg, Vyana və Frankfurt istiqamətlərinə yönləndirilib. Bir neçə şahid hava limanı yaxınlığında dron gördüklərini bildirib, daha sonra dronlar aerovağzalın ərazisi üzərində də müşahidə olunub.

Eyni vaxtda, Almaniya ordusunun (Bundesver) gələcək nəsil pilotsuz aparatlarını sınaqdan keçirdiyi Erding şəhərindəki bazası üzərində də naməlum dronlar ilk dəfə müşahidə edilib.

Bu xəbərlərin fonunda NATO ölkələri artan hərbi büdcələrini tank parklarının modernləşdirilməsinə və genişləndirilməsinə yönəldirlər, baxmayaraq ki, Ukraynada müharibə zirehli texnikanın rolunu xeyli azaldıb.

NATO-nun keçmiş baş katibi Corc Robertson britaniyalılara "sülh düşüncəsindən əl çəkməyə” və böyük münaqişəyə hazırlaşmağa çağırıb. O, bunun gündəlik səviyyədə də görülməli olduğunu deyib — məsələn, insanlar əvvəlcədən şam kimi ehtiyatlar toplamalıdır.

Alpər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 Oktyabr 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see738

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see224

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri