Rusiyanın cəbhədə 722 min əsgəri var Getman
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ukrayna rus işğalçılarının potensial planlarına qarşı çıxmaq üçün səfərbər edilmiş qoşunların sayını 20-30% artırmalıdır.
Axar.az xəbər verir ki, bu barədə "Kiyev 24" telekanalına ukraynalı hərbi ekspert Aleksey Getman deyib.
"Düşmənin təzyiq göstərməyə başlaya biləcəyi cəbhənin həmin hissələrini əhatə etmək üçün kifayət qədər insanımız, xüsusən də yeni briqadalarımız və ya yeni korpuslarımız olmaya bilər”, - deyə o bildirib.
Getman əlavə edib ki, söhbət şimal, şərq və cənub istiqamətlərindən gedir
"Bəlkə də Belarusdan, ola bilsin ki, Bryansk bölgəsindən. Beş mümkün ssenari var", - deyə o bildirib.
Ekspertin sözlərinə görə, ruslar beş yeni diviziya və yeddi briqada hazırlayırlar.
"Hazırda onların cəbhə xəttində 722 min əsgəri var. Ağır itkilərə baxmayaraq, onların sayı, məsələn, mart ayı ilə müqayisədə təxminən 10 min artıb", - deyə Getman vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 22 İyul 2026 09:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















