Icma.az
close
up
RU
Rusiyanın daha 7 təyyarəsinin məhv edildiyi təsdiqləndi Yeni peyk görüntüləri yayımlandı + FOTOLAR

Rusiyanın daha 7 təyyarəsinin məhv edildiyi təsdiqləndi Yeni peyk görüntüləri yayımlandı + FOTOLAR

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Ukraynanın “Radio Svoboda” mediasının tədqiqat layihəsi olan “Sxemı” İrkutsk vilayətində yerləşən “Belaya” strateji aviasiya bazasına dair yeni peyk görüntüləri yayımlayıb.

“AzPolitika” xəbər verir ki, görüntülər Estoniyanın Delfi nəşri tərəfindən əldə edilib və 4 iyun tarixində çəkilib.

Peyk görüntülərində aerodromda ən azı yeddi strateji bombardmançı təyyarənin zədələndiyi görünür. Onlardan üçü Tu-95, dördü isə Tu-22 tipinə aiddir. Həmçinin aerodrom ərazisində baş vermiş yanğın izləri də açıq şəkildə müşahidə olunur.

Bu zərbələr Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) həyata keçirdiyi “Pauçina” (Tor) əməliyyatının bir hissəsi hesab olunur. Daha əvvəl müstəqil mənbələr tərəfindən aparılan analizlər nəticəsində Rusiyanın “Belaya” və “Olenya” aviabazalarında ümumilikdə azı 11 strateji bombardmançının sıradan çıxarıldığı bildirilmişdi.

SBU isə ümumilikdə 41 rus hərbi təyyarəsinin məhv edildiyini bəyan edib.

Bununla yanaşı, 4 iyun tarixində bir neçə Qərb jurnalisti X sosial şəbəkəsində Ukrayna FPV-dronları ilə çəkilmiş və A-50 tipli radar kəşfiyyat təyyarələrinin məhvini əks etdirdiyi iddia olunan kadrlar gördüklərini bildirib. Lakin bu videolar hələ ictimaiyyətə təqdim edilməyib və yayımlanan peyk görüntüləri ilə bu iddialar rəsmi təsdiqini tapmayıb.

AzPolitika.info

Tools

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 İyun 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see243

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see162

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri