Rusiyanın 41 təyyarəsinin vurulduğu “Pautina” əməliyyatının detalları açıqlanıb Fotolar
Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Xəbər verdiyimiz kimi, bu gün Ukrayna Təhlükəsizlik Xidməti (SBU) “Pautina” kod adı verilən xüsusi əməliyyat nəticəsində Rusiyaya məxsus 41 strateji bombardmançı təyyarəni vurub.
Yeniavaz.com UNIAN-a istinadən xəbər verir ki, yarım ildən artıq hazırlıq mərhələsi keçən bu mürəkkəb əməliyyatın icrasına birbaşa Prezident Volodimir Zelenski nəzarət edib. Əməliyyatın ideyası və texniki koordinasiyası isə SBU rəhbəri Vasıl Malyukun komandasına məxsusdur.
Məlumata görə, SBU əvvəlcə Rusiyaya FPV (First Person View) tipli hücum dronları, ardınca isə mobil taxta evlər göndərib.
Rusiya ərazisində bu evlər yük maşınlarına yerləşdirilib, dronlar isə evlərin damlarının altına gizlədilib. Hər şey öncədən proqramlaşdırılıb: lazım olan anda damlar uzaqdan açılıb və dronlar hədəfə — Rusiya hərbi aerodromlarında yerləşən bombardmançılara doğru uçub.
Mənbələr, həmçinin Rusiya hərbi obyektlərinə edilən hücumlara dair unikal fotoşəkillər də təqdim ediblər. Bu vizual materiallar, dronların necə yerləşdirildiyini və aerodromlara necə sızdığını göstərir.
Ukrayna tərəfi bu əməliyyatı strateji döyüş aviasiyasına vurulan ən ciddi zərbələrdən biri kimi qiymətləndirir.

Bu mövzuda digər xəbərlər:Malyuk “Pautina” əməliyyatının detallarını açıqladı
02 İyun 2025 18:16
Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri “Pautina” əməliyyatının detalları barədə məlumat verib
02 İyun 2025 17:57
Moskva Ukraynanın Pautina əməliyyatının arxasında Britaniya kəşfiyyatının dayandığını açıqlayıb
16 Oktyabr 2025 10:21
Zelenski: Pautina əməliyyatında Rusiyanın 41 təyyarəsi zədələnib, onların yarısı bərpa edilə bilməz
04 İyun 2025 19:08
Antiterror əməliyyatının indiyədək açıqlanmayan detalları
27 Noyabr 2024 00:05
Baxış sayı:162
Bu xəbər 01 İyun 2025 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















