Rusiyanın dondurulmuş aktivləri ilə bağlı qərar qəbul etməyin vaxtı çatıb
Operativ MM saytından alınan məlumata görə, Icma.az bildirir.
Ukrayna Prezidenti Vladimir Zelenski bəyan edib ki, dondurulmuş Rusiya aktivləri ilə bağlı Kiyevin xeyrinə qərar verməyin vaxtı çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, müvafiq yazı onun Teleqram kanalında yer alıb.
O, Rusiya Silahlı Qüvvələrinin Ukraynanın infrastrukturuna zərbələr endirməkdə davam etdiyinə və “təzyiqlərin kifayət etmədiyinə” işarə edib.
Siyasətçi iddia edib ki, ABŞ, Avropa və G7 ölkələri “sanksiya və tarif işlərini” davam etdirməlidirlər.
"Rusiyanın dondurulmuş aktivləri ilə bağlı qərar qəbul etməyin vaxtı çatıb. Siyasi iradə artıq var və biz texniki həllin tez bir zamanda həyata keçirilməsini gözləyirik. Təcavüzkarın pulunun onun müharibəsindən müdafiəsi üçün istifadə olunması tamamilə ədalətlidir", - Zelenski yazıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 06 Noyabr 2025 13:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















