Rusiyanın ən böyük qaz emalı zavodu iflic oldu Ukrayna PUA ları böyük zərər vurdu
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
Ukraynanın pilotsuz uçuş aparatları ilə hücumundan sonra Astraxan qaz emalı zavodunun fəaliyyəti tamamilə dayandırılıb.
“AzPolitika” xəbər verir ki, bu barədə “Reuters” agentliyi üç müstəqil mənbəyə istinadən məlumat yayıb.
Xatırladaq ki, həm Rusiya, həm də Ukrayna mənbələri sentyabrın 22-də Astraxan vilayətinə PUA hücumu barədə məlumat yaymışdı. Zavod ərazisində baş vermiş yanğının izləri isə “Sentinel” peykindən əldə olunan şəkillərdə də aydın görünür.
Məlumata görə, yanğın müəssisənin №3 istehsalat sahəsində qeydə alınıb. Bu sahə sabit qaz kondensatının və yüngül karbohidrogenlərin geniş fraksiyasının (ŞFLC) emalı ilə məşğul olur.
Qeyd edək ki, Astraxan qaz emalı zavodu dünyanın ən iri qaz-kimya komplekslərindən biri, həmçinin Astraxan vilayətinin ən böyük sənaye müəssisəsi hesab olunur. Zavodun istehsal etdiyi məhsullar arasında benzin, dizel yanacağı, mazut və mayeləşdirilmiş qaz yer alır.
AzPolitika.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 24 Sentyabr 2025 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















