Icma.az
close
up
RU
“Rusiyanın fundamentini miqrantlar yox, elə Duqin kimilər dağıdır...”

“Rusiyanın fundamentini miqrantlar yox, elə Duqin kimilər dağıdır...”

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Rusiyadakı bütün partiyalar (hətta Kommunist Partiyası da), Rusiya Dumasının bütün deputatları Beynəlxalq Valyuta Fondundan maliyyələşdirilir. Odur ki, Rusiyada miqrantlara qarşı şovinist, irqçi çıxışlar edən bu cür başdan xarablar, o cümlədən V.Solovyov kimi fərdlər ölkədə milli zəmində qarşıdurma yaratmaq məqsədi güdürlər...”

Bildiyiniz kimi, Kremlin əsas imperiyapərəst şovinist ideoloqlarından sayılan rus filosof və politoloq Aleksandr Duqin miqrantlar barədə qalmaqallı və əndrəbadi açıqlama ilə çıxış edib. Bu irqçinin sözlərinə görə, Rusiyada yaşayan miqrantlardan bəziləri cəmiyyət üçün “ən çox toksik” qruplar hesab edilə bilər. Duqin azərbaycanlıları, tacikləri və özbəkləri xüsusi olaraq bu siyahıya daxil edib. Politoloq bildirib ki, əgər hər hansı bir miqrant Rusiyanın rus mənşəli vətəndaşlarına qarşı aqressiya göstərirsə, o, artıq cinayətkar sayılmalıdır. Kreml ideoloqu hesab edir ki, Rusiyada qalmaq üçün yeganə yol assimilyasiya və ölkənin mədəni kodunu qəbul etməkdir: “Kimlər ki, pravoslavlığı qəbul edir, Rusiyanın dəyərlərini bölüşür və onu müdafiə etməyə hazırdır, onlar artıq miqrant olmaqdan çıxır və rus xalqının bir hissəsinə çevrilir. Burada söhbət irqi mənsubiyyətdən deyil, mədəni və mənəvi inteqrasiyadan gedir. Bizim dəyərlərimizi bölüşən və onlarla yaşamağa hazır olan hər kəs Rusiya cəmiyyətinə qəbul oluna bilər...”

Görünən odur ki, onillərdir ki, xüsusən də Ukraynaya təcavüzün başlandığı son 3 ildə Rusiya rəhbərliyi şovinist Duqinin bu cür sərsəm bəyanatlarını tədricən, hissə-hissə ölkə həyatına tətbiq edir...

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi analitik Tahir Cəfərli bunları söyləyib:

“Aleksandr Duginin bu  çıxışlarıı onun sərsəmliyindən irəli gəlir. O bir zamanlar Rusiyanın ağıllı geo-siyasətçiləridən biri  idi. Türkiyə-Rusiya dostluğunu gücləndirən və 2016-ci ildə Ərdoğana qarşı dövlət  çevrilişi etmək istəyənləri qarşısını almaqda və xilas etməkdə onun əli olduğundan da xəbərsiz deyilik. 

Rusiya geo-siyasi mərkəzinin rəhbəri olsa da, şovinizmə uyması, ağlı başında olan Rusiya siyasi elitasını ondan uzaqlaşdırdı. Çünki onun apardığı təbliğat Rusiya dövlətçiliyinin fundamentinə bomba qoymaqda idi. Bunu  ruslar tezliklə ortaya çıxardılar və xüsusi xidmət qurumları Rusiya üçün bəla olan bu fərdi aradan götürmək istədilər. Lakin elə alındı ki, Duqinin avtomobilində gedən qızını partlatdılar... Qızı aradan götürüldükdən sonra onun hərəkətləri sərsəm fərdləri xatırladır. Dəliyə fikir  vermək, onun dediklərinin ciddiyə almaq isə heç bir çərçivəyə sığmır...

Aleksandr Duqinin Qərbin oyunçusu olması faktı da ortalığa atılıb. İddia edilir ki, o, ABŞ və ya Avropa xüsusi xidmət orqanlarının tapşırığı ilə vaxtilə SSRİ-nin dağılmasında istifadə olunan metodlardan istifadə edib Rusiyanı da dağıtmaq istəyir.  Yaxın keçmişi yada salsaq, görərsiniz ki, SSRİ-ni dağıdan siyasət xalqlar arasında münaqişə yaratmaq oldu. İndi isə Duqin həmin oyunu oynayır. Rəhmətlik Lenin deyirdi ki, “SSRİ-ni ancaq rus şovinizmi dağıda bilər. Şovinist çıxışlar edənlər proletar dövlətinin düşmənləridir.” Duqin də həmin şovinistlərdəndir, Rusiya dövlətini dağıdan… Qərbin oyunbazı... Maraqlı bir faktı qeyd etmək istərdim: Rusiyadakı bütün partiyalar (hətta Kommunist Partiyası da), Rusiya Dumasının bütün deputatları Beynəlxalq Valyuta Fondundan maliyyələşdirilir. Odur ki, Rusiyada miqrantlara qarşı şovinist, irqçi çıxışlar edən bu cür başdan xarablar, o cümlədən V.Solovyov kimi fərdlər ölkədə milli zəmində qarşıdurma yaratmaq məqsədi güdürlər...

Duqin pravoslavlıqdan dəm vursa da, onun postulatlarından xəbərsizdir. Pravoslav olmaq üçün gərək özün könüllü onu seçəsən, əks halda onu qəbul etmək düzgün deyil. Bu fərd mənəvi dəyərlərdən danışır, özü də dövlətçilik ideologiyası olmayan ölkədə yaşayır... 

Mənəviyyat dövlətçilik ideologiyası əsasında yaranır. Bu yoxsa, mənəviyyat da yoxdur. Rusiya siyasi elitası arasında mənəviyyat olsaydı, Rusiya səmasında vurulmuş Azərbaycan təyyarəsinə görə  bütün Rusiya Duması və bu ölkənin Prezidenti Azərbaycan xalqından rəsmən və ictimai şəkildə üzr istəməli idi… Əvəzində Rusiyanın televiziya və saytlarında bu ölkəni dağıdan fərdlər şovinizmi təbliğ etməklə, Rusiyada yaşayan bütün xalqları təhqir edirlər. Bununla belə, anlamırlar ki, öz dövlətlərinin dövlətçilik prinsiplərinin altına bomba qoyurlar.

Kremlin Duqinin dediklərini qəbul etməsi gülünc olardı. Onlar bilməlidirlər ki, Rusiyada yaşayan miqrantlar olmasa, bu ölkə dağılar. Yəni Rusiya dövlətinin fundamentini miqrantlar yox, Duqin kimilər  dağıdır. Belə getsə, dağılacaq da… ”

Sultan Laçın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://moderator.az
archiveBu xəbər 04 Sentyabr 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see320

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see310

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see256

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see256

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see243

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see243

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see240

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see237

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see230

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see228

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see227

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see223

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see217

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see214

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see214

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see204

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see201

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see199

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri