Icma.az
close
up
RU
Rusiyanın gərək iki başı, dörd ayağı ola ki, belə bir hərəkət eləsin Polkovnik

Rusiyanın gərək iki başı, dörd ayağı ola ki, belə bir hərəkət eləsin Polkovnik

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə Kiyevə təhlükəsizlik təminatları çərçivəsində öz hərbi kontingentini Ukraynaya göndərmək imkanını nəzərdən keçirir. Bu barədə Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlalov məlumat verib.

Belə olduqda, vəziyyət necə dəyişəcək?

Redaktor.az-a danışan hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bildirdi ki, indiyə qədər Ukraynaya dəstək olan ölkələr arasında qardaş Türkiyə ən real, ən rasional təkliflər irəli sürən ölkə olub:

"Türkiyənin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi həm beynəlxalq hüquqa söykənir, həm də beynəlxalq hüquqla tənzimlənir. Ona görə də Türkiyə Krımı da Ukraynanın tərkib hissəsi kimi tanıyır və Rusiyaya dəfələrlə müraciət edib ki, Krım Ukraynaya qaytarılmalıdır. Hərbi kontingentin Ukraynaya göndərmək məsələsində bəzi dövlətlər, xüsusən Avropa dövlətləri qeyri-səmimidirlər. Onlar bəyan etsələr də, amma görünən odur ki, onlar yalnız atəşkəs elan olunandan sonra öz hərbi kontingentini Ukraynaya göndərmək haqqında düşünür. Onların belə ürkək, belə zəif yanaşması fonunda Rusiya da bəyanatlar verir. Rusiya prezidenti bəyanatlar verir ki, Ukrayna ərazisində olacaq hərbi kontingentlər Rusiya üçün legitim hədəfdir. Aydın məsələdir ki, bu, növbəti Rusiya şantajıdır".

Ekspertin sözlərinə görə, Türkiyə belə şantajları heç vaxt qəbul etməz:

"Onlar heç vaxt imkan verməz ki, türk əsgəri əgər Ukrayna ərazisində olacaqsa, Rusiya ona atəş açsın. Rusiyanın gərək iki başı, dörd ayağı ola ki, belə bir hərəkət eləsin. Ona görə də Türkiyə rəsmi Kiyevə təhlükəsizlik təminatları çərçivəsində bu gün də öz dəstəyini verir. Mənə elə gəlir ki, Türkiyə mütləq mənada öz hərbi kontingenti ilə Ukrayna ərazisində məsələlər tam yoluna düşənə qədər iştirak edəcək və bu realdır. Mən Fransanın, sonra İngiltərənin, Almaniyanın, digər ölkələrin hərbi kontingentlərinin təhlükəsizlik təminatı çərçivəsində Ukraynada olacağını görürəm, amma bu, bir az gec olacaq. Amma Türkiyə həmişə olduğu kimi bu məsələlərdə öncüldür və Türkiyənin bəyanatları da dünyada ciddi qəbul olunur. O ki qaldı vəziyyət necə dəyişər? Onlar ora döyüşməyə getmirlər. Onlar orada sadəcə olaraq, təhlükəsizlik təminatı məqsədi ilə gedir".

Polkovnik vurğuladı ki, türk hərbi qulluqçuları Rusiyaya qarşı döyüşlər üçün Ukrayna ərazisinə yerləşdirilməyəcək.

"Həm də Türkiyənin bu gün bəzi prioritet məsələləri var, o prioritet məsələlərlə məşğuldur. Ümid edirəm ki, o məsələlər PKK-ya qarşıdır, sonra bəzi terrorçu təşkilatlara qarşıdır. Onlar onlarla mübarizə başa çatandan sonra Türkiyə mütləq mənada öz hərbi kontingentini Ukraynaya göndərəcək ilk ölkələrdən biri olacaq. Mən şəxsən bu vəziyyəti belə görürəm və bunun da Ukraynanın təhlükəsizliyinə çox böyük müsbət təsiri olacaq. Çünki Ukrayna ərazisində olacaq hərbi kontingent Rusiyanı çəkindirəcək və Rusiya NATO ilə baş-başa gəlməmək üçün onlara atəş açmayacaq. Yəni NATO hərbiçilərinə açılan atəş orda təkcə dördüncü maddə deyil, artıq beşinci maddənin də işə düşməsi deməkdir. Ona görə də Rusiya belə bir riski etməyəcək", - deyə Üzeyir Cəfərov əlavə etdi.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 Sentyabr 2025 23:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Üç bürcə MƏSLƏHƏT: Tələsməyin, bəxtiniz gətirəcək

01 Noyabr 2025 21:42see214

“Xox”dan “həqiqi hücuma”: Trampın ultimatum oyunu və Venesuela riski KONKRET

02 Noyabr 2025 16:03see204

Batumidə mənzil alanların 77 faizini əcnəbilər təşkil edir

02 Noyabr 2025 15:17see189

Düşmənin bir top atəşi ilə viran qalan postundan GÖRÜNTÜLƏR

02 Noyabr 2025 17:12see160

G7 nin enerji nazirləri açıqlama veriblər...

01 Noyabr 2025 19:58see153

Spalettinin debüt matçında “Yuventus” “Kremoneze”yə qalib gəlib VİDEO

02 Noyabr 2025 01:53see151

Müəllimlər cəmiyyətin yükünü daşıyan müdriklərdir

03 Noyabr 2025 16:38see143

Həbs edilən icra başçısını o əvəz edirmiş FOTO

02 Noyabr 2025 15:20see140

Qiyamət gününün bunkeri nədir: içində nə var və nə üçün lazımdır?

02 Noyabr 2025 21:01see140

Səmalar yenidən türklərin əlinə keçir İsrailli ekspert

01 Noyabr 2025 19:44see139

Liqa 1: PSJ yeganə qolla “Nitsa”ya qalib gəlib

01 Noyabr 2025 22:29see138

Arda Güler zədələnib

02 Noyabr 2025 16:57see137

Abşeronda bədbəxt hadisə: Gənc 12 ci mərtəbədən yıxıldı

01 Noyabr 2025 22:10see136

Bu ölkənin qadınları özünə baxmır

02 Noyabr 2025 05:06see133

ADA İbtidai Məktəbində xeyriyyə məqsədli Payız festivalı Məhsul bayramı keçirilib

02 Noyabr 2025 09:55see133

Məğlubiyyət bizim səhvlərimizdən sonra baş verdi Elmar Baxşıyev

02 Noyabr 2025 20:50see130

İran Gülüstan vilayətində yeni atom elektrik stansiyasının tikintisinə başlayıb

02 Noyabr 2025 17:53see130

“Vulverhempton”un qapıçısı: “Utanmalıyıq”

02 Noyabr 2025 01:10see130

Yüksək şəkər və infarkt arasında əlaqə

03 Noyabr 2025 06:06see128

Bütün nadir xəstəliklər üçün təsir göstərə biləcək vahid dərman hazırlanıb

03 Noyabr 2025 02:03see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri