Icma.az
close
up
RU
Rusiyanın hərbi bazasını sökməyə gedən gəmi batıb

Rusiyanın hərbi bazasını sökməyə gedən gəmi batıb

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiyanın "Ursa Major" (latınca "Böyük Ayı") ticarət gəmisi Aralıq dənizində İspaniya və Əlcəzair arasındakı beynəlxalq sularda qəzaya uğrayıb.

Məlumata görə, dekabrın 23-də günortadan sonra gəmi şərq istiqamətində Cəbəllütariq boğazına doğru üzərkən onun maşın otağında partlayış baş verib. 

“Cebheinfo.az” xəbər verir ki, bunu “El Español” və “La Verdad” yazıb. 

Bundan sonra gəmi kursdan çıxıb.

Qəza nəticəsində iki ekipaj üzvü itkin düşsə də, 14 dənizçi xilas edilib. Onlar İspaniyanın Kartaxena şəhərinə aparılıb. Gəminin kapitanı bildirib ki, qəza zamanı gəmidə boş konteynerlər olub. 

Dəniz Hərəkəti Xidmətinin məlumatına görə, “Ursa Major” digər Rusiya gəmiləri ilə birlikdə Aralıq dənizinə daxil olub: üç böyük desant gəmisi “İvan Qren”, “Alexander Otrakovski” və “Alexander Shabalin”, həmçinin “Sparta” motor gəmisi.

“Ursa Major” yükdaşıyıcısı dekabrın 11-də Sankt-Peterburqdan yola düşüb. Onun rəsmi təyinatı gəminin yanvarın 22-də çatacağı Vladivostok olub. Gəminin sahibi, Müdafiə Nazirliyinin tərkibində olan “Oboronlogistics” şirkəti daha əvvəl bildirmişdi ki, gəmi liman infrastrukturunun və Şimal dəniz marşrutunun inkişafı üzrə dövlət tapşırıqlarının icrası çərçivəsində iri layihə yükü daşıyır.  Bununla belə, dəniz məsələləri üzrə ixtisaslaşmış OSINT-in analitiki H.Sutton hesab edir ki, çox güman ki, gəmi Rusiya hərbi texnikasını götürmək və hərbi bazanı sökmək üçün Tartusa gedirdi. Bundan əvvəl, “Ursa Major” uzun illər Suriyadakı rus qoşunları üçün təchizat marşrutu olan "Suriya Ekspresi" adlanan yükləri daşıyıb.

Xəzər
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Dekabr 2024 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri