Icma.az
close
up
RU
Rusiyanın hərbi gəmiləri Suriya bazalarından yoxa çıxıb CNN

Rusiyanın hərbi gəmiləri Suriya bazalarından yoxa çıxıb CNN

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

"Tartus bazası Rusiyanın Aralıq dənizində yeganə hərbi-dəniz bazasıdır və NATO ilə qarşıdurmada strateji əhəmiyyətə malikdir..."

Suriyada Bəşər Əsəd rejiminin süqutundan sonra Rusiya Suriyanın Tartus limanından istifadə etmək imkanını itirib və öz gəmilərini oradan çıxarıb.

Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat verib.

Sosial şəbəkələrdə dərc edilən kadrlardan görünür ki, bu limanda Rusiyanın gəmiləri artıq yoxdur, onun Tartusdakı limanı boşdur. Rusiya Hərbi-Hava Qüvvələrinin Latakiyadakı bazası da boşalıb.

Tartusdan ilk kadrları "X" sosial şəbəkəsində "MT Anderson" ayaması ilə çıxış edən OSINT analitiki dərc edib. Bundan öncə onun dərc etdiyi peyk şəkillərində Tartusda Rusiyanın dörd gəmisi- "Admiral Qolovko",  "Admiral Qriqoroviç", "Vyazma" və "Novorossiysk" gəmiləri olub. Bundan bir qədər öncə "Vyazma" tankeri Tartus limanını tərk edib.

Analitik həmçinin müəyyən edib ki, Ukraynadan oğurlanan taxılın daşınmasında iştirak edən Rusiyanın üç taxıldaşıyan gəmisi- "Matros Pozıniç", "Matros Şevçenko" və "Matros Nenaşev" Aralıq dənizində Türkiyənin cənub sahili rayonu və Şimali Kiprdə dayanıb, Tartus limanına daxil olmağa risk etmir. Hərbi analitik İqal Levinin sözlərinə görə, orada taxıl digər gəmilərə yüklənərək Suriya gəmiləri kimi göstərilib.

Jurnalist Mark Krutov həmçinin "Planet Labs RBC" şirkətinin peyk şəkillərini dərc edib. Bu şəkillərdən görünür ki, gəmilər Rusiyanın Tartusdakı hərbi-dəniz bazasını tərk edib. "Bütün hərbi gəmilər və sualtı qayıq yoxa çıxıb. Görək, Rusiya Müdafiə Nazirliyi bu dəfə də bunu daha bir "təlimlə" izah edəcəkmi", - jurnalist qeyd edib.

Belçika Hərbi-Dəniz Qüvvələrinin sabiq zabiti, hərbi-dəniz analitiki Frederik Van Lokeren qeyd edib ki, Rusiya, ehtimal ki, Aralıq dənizində alternativ bazalar axtaracaq və ya bu regionda daimi hərbi iştirak etmək iqtidarında olmadığını etiraf edəcək.

Onun sözlərinə görə, nəzəri cəhətdən Misir, Əlcəzair, Sudan və Liviya mümkün variantlardır. Lakin onların heç biri Tartusun malik olduğu üstünlükləri təmin etmir. Ən az pis variant Liviyada Tobruk bazasıdır, lakin bu halda Rusiya Tartusa nisbətən az inkişaf edən köməkçi infrastrukurla işləməli olacaq.

Tartus bazası 2012-ci ildən Rusiya Hərbi-Dəniz Donanması tərəfindən istifadə edilir. Bu, Aralıq dənizində Rusiyanın yeganə hərbi-dəniz bazasıdır, Rusiya üçün NATO ilə qarşıdurmada strateji əhəmiyyətə malikdir. 

Amerikanın müharibənin öyrənilməsi İnstitutunun dəyərləndirməsinə görə, Suriyada Rusiyanın 2015-ci ildən dəstək verdiyi Bəşər Əsəd rejiminin süqutu Rusiya üçün strateji və siyasi məğlubiyyətdir.

Bundan başqa, Rusiya Hərbi-Hava Qüvvələri Latakiyada Xmeymim aviasiya bazasından istifadə edib. Burada 2015-ci ildə Rusiya komandanlığı döyüş, kəşfiyyat və nəqliyyat təyyarələri yerləşdirərək Bəşər Əsədə üsyançılar və 2011-ci ildə Suriyada vətəndaş savaşı başlanandan yerləşən "Əl-Qaidə" üsyançıları ilə döyüşlərdə kömək edib.

Məlumatlara görə, ötən istirahət günləri buraya, çox güman ki, canlı qüvvə və avadanlığın təxliyəsi üçün Rusiya HHQ-nin ağır yük təyyarələri gəlib. Bundan cəmi bir həftə öncə Rusiya müdafiə nazirinin müavini Yunus-bəy Yevkurov Afrikaya səfərini başa çatdıraraq Rusiyaya dönən zaman Suriyadakı Xmeymim bazasına baş çəkib.

Rusiyanın Suriyadakı bu iki hərbi bazasının gələcəyi dumanlıdır, Suriyanın yeni hökumətinin Rusiyaya onlardan istifadə etməsinə imkan verəcəyi hələlik aydın deyil.

Xmeymim hərbi-hava bazası həmçinim Rusiya qoşunlarının və Afrikada ona dost olan hökumətlərin (Rusiya muzdluları hazırda Mali, Niger və Mərkəzi Afrika Respublikasında fəaliyyət göstərir) təchizatı üçün vacib olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Dekabr 2024 22:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri