Rusiyanın Kiyevə hücumu zamanı beynəlxalq təşkilatların ofislərinə ziyan dəyib, 1 nəfər yaralanıb
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
London, 28 avqust, AZƏRTAC
Rusiya silahlı qüvvələrinin Ukraynanın paytaxtı Kiyevə endirdiyi genişmiqyaslı raket və dron hücumu nəticəsində “British Council”ın Kiyevdəki ofisinə ciddi ziyan dəyib.
AZƏRTAC “Sky News”a iatinadla xəbər verir ki, qurumun icraçı direktoru Skott Makdonald ofisin mühafizəçisinin yaralandığını, vəziyyətinin sabit olduğunu, lakin ağır sarsıntı keçirdiyini deyib.
“British Council”in sözçüsü qurumun Kiyevdəki ofisinin növbəti bildirişədək bağlı qalacağını deyib: “Cavablarımızda müəyyən gecikmələr ola bilər, amma Ukraynadakı tərəfdaşlarımızla təhsil və mədəniyyət sahəsində əməkdaşlığımız davam edir”,- deyə o diqqətə çatdırıb.
“Sky News” diplomatik mənbələrə istinadla bildirib ki, Britaniya Xarici İşlər Nazirliyi Rusiyanın Londondakı səfirini çağırmağı planlaşdırır.
Hücum zamanı Avropa İttifaqının Ukraynadakı nümayəndəliyinin binası da zədələnib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 28 Avqust 2025 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















