Rusiyanın Kiyevə hücumu zamanı Ali Radanın inzibati binalarına ziyan dəyib
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiyanın Kiyevin mərkəzinə hücumu zamanı Ukrayna Ali Radasının inzibati binalarına ziyan dəyib.
APA “UNIAN”a istinadən xəbər verir ki, bu barədə Ali Rada Aparatının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, “Şahed” dronunun zərbəsi nəticəsində partlayış dalğası ətrafdakı evlərə, o cümlədən Aparatın komitə və bölmələrinin yerləşdiyi Ukrayna parlamentinin inzibati binalarına ziyan vurub.
“Dünən hüquq-mühafizə orqanları və xüsusi xidmət orqanlarının əməkdaşları hadisə yerində işləyib və hücumun nəticələrini qeydə alıblar. Hazırda dəymiş ziyanın həcmi hesablanır”, - məlumatda deyilir.
Qeyd olunur ki, Aparatın müvafiq bölmələri hücumun nəticələrini operativ şəkildə aradan qaldırmaq, Rada və onun orqanlarının fasiləsiz fəaliyyətini təmin etmək maksimum səy göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 03 Yanvar 2025 00:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















