Icma.az
close
up
RU
Rusiyanın məşhur generalını kim ÖLDÜRÜB?

Rusiyanın məşhur generalını kim ÖLDÜRÜB?

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Aprelin 25-də Moskva ətrafındakı Balaşihəxa şəhərində avtomobilin partlaması nəticəsində Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat Baş İdarəsi rəisinin müavini, general-leytenant Yaroslav Moskalik həyatını itirib..

Modern.az xəbər verir ki, hadisə 2024-cü ilin dekabrında Moskvada öldürülən general-leytenant İqor Kirillovla birlikdə Ukrayna ilə müharibə dövründə həyatını itirən ən yüksək rütbəli rus hərbçilərdən biri kimi qiymətləndirilir.

Partlayış saat 10:40 radələrində "Volkswagen" markalı avtomobildə baş verib. Hadisə nəticəsində yaxınlıqdakı binanın pəncərə şüşələri sınıb.

TASS agentliyinin məlumatına görə, partlayışa səbəb partlayıcı qurğu olub. Əvvəlcə partlayışın qaz balonundan qaynaqlandığı güman edilsə də, bu versiya sonradan təkzib olunub.

İlkin xəbərlərdə partlayışda bir nəfərin öldüyü, bir nəfərin isə xəsarət aldığı bildirilmişdi. “Kommersant”ın məlumatına əsasən, hadisə zamanı sadəcə general Yaroslav Moskalik həlak olub.

İstintaq Komitəsi hadisəni təsdiqləyərək bildirib ki, partlayış əl ilə hazırlanmış və zərərverici elementlərlə doldurulmuş partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib. Faktla bağlı “qəsdən adam öldürmə” və “partlayıcı maddələrin qanunsuz dövriyyəsi” maddələri üzrə cinayət işi açılıb.

Məlumatlara görə, general partlayış baş verən binada yaşayırmış. Partlayan avtomobil isə ona məxsus olmayıb.

Yaroslav Moskalik 2021-ci ildə prezident Vladimir Putin tərəfindən general-leytenant rütbəsi ilə təltif edilmişdi. O, 2015-ci ildə “Normand formatı” çərçivəsində aparılan danışıqlarda iştirak etmiş, həmçinin Yaxın Şərqdəki vəziyyətlə bağlı dəfələrlə rəsmi açıqlamalar vermişdi.

Hərbi ekspertlərin sözlərinə görə, Moskalik Baş Qərargahda sistemli və tələbkar zabit kimi tanınırdı və onun gələcəkdə Müdafiə İdarəetmə Milli Mərkəzinə rəhbər təyin olunması da istisna edilmirdi.

Hadisə Rusiyanın hərbi rəhbərliyinə növbəti ağır zərbə kimi qiymətləndirilir.

Kreml sözçüsü Dmitri Peskov da Moskalikin həlak olduğu partlayışla bağlı açıqlama verib. O, Ukrayna hakimiyyətini bu hadisədə günahlandırıb:

"Kiyev rejimi bir daha öz mahiyyətini göstərdi. Onlar ölkəmiz ərazisində terrorçu fəaliyyətlərini davam etdirirlər. Bu, bir daha sübut edir ki, biz sülh danışıqlarına baxmayaraq, ayıq-sayıq olmalı və bu rejimin əsl mahiyyətini dərk etməliyik."

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Ukrayna xüsusi xidmət orqanlarının bu qətldə əli ola biləcəyinə dair əsasların mövcud olduğunu” desə də, bu ehtimalla bağlı araşdırmanın hələ yekun nəticə vermədiyini bildirib.

Kiyev isə Rusiya generalının ölümü ilə bağlı hələlik heç bir rəsmi açıqlama verməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:264
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Aprel 2025 21:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1022

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see517

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see420

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see327

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see325

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see303

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see229

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see225

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see217

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see214

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see213

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see210

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see205

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see205

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see198

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see191

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see183

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see173

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see173

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri