Rusiyanın milyardlarını Ukraynaya verməyi təklif edir
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson Ukraynaya dəstəyin gücləndirilməsinə çağırıb.
Modern.az xarici KİV-ə istinasən xəbər verir ki, Conson bu çağırışı Polşa-Ukrayna sərhədində baş verən pilotsuz uçuş aparatı insidenti ilə bağlı edib. O, müttəfiqlərə müraciət edərək Ukraynanın zəruri hava hücumundan müdafiə vasitələri ilə nə vaxt təmin olunacağını soruşub.
Keçmiş Baş nazir həmçinin Avropa İttifaqı ölkələrini dondurulmuş Rusiya aktivlərini müsadirə edərək Ukraynanın ehtiyacları üçün istifadə etməyə çağırıb.
Onun sözlərinə görə, Belçikadakı bank hesablarında 140 milyard avrodan çox, Londonda isə təxminən 10 milyard funt sterlinq həcmində Rusiya aktivləri var. Conson Böyük Britaniyanın bu məsələdə digər ölkələrə nümunə göstərə biləcəyini bildirib.
Qeyd edək ki, daha əvvəl Boris Conson və digər avropalı rəsmilərin Polşa-Ukrayna sərhədində Rusiya PUA-sının mümkün zərbəsindən son anda yayındığı bildirilmişdi.
Nicat Rüstəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 14 Sentyabr 2026 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















