Icma.az
close
up
RU
Rusiyanın mövqeyi anlaşılmır ŞƏRH

Rusiyanın mövqeyi anlaşılmır ŞƏRH

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan tərəfi “Rossotrudniçestvo” agentliyinin ölkə ərazisində fəaliyyətinə xitam verilməsi barədə diplomatik kanallar vasitəsilə Rusiyaya rəsmi bildiriş göndərib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da keçirdiyi birifinqdə məsələyə toxunub.
Bəs təyyarə qəzasına görə onsuz da qeyri-müəyyən əlaqələrə bunun təsiri necə olacaq?

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Azərbaycan-Türkiyə Parlamentlərarası İşçi Qrupunun üzvü Vüqar İskəndərov bildirib ki, Azərbaycan hüquqi qanunların işlədiyi bir ölkə kimi bütün ikitərəfli və çoxtərəfli əlaqələrdə qanunun aliliyini əldə rəhbər tutur:

“Azərbaycan bütün sahələrdə özünün gücünü, qüdrətini, ölkə başçımız cənab İlham Əliyev müstəqil, milli iradəyə söykənən siyasətini göstərməkdədir. Azərbaycan hüquqi qanunların işlədiyi bir ölkə kimi bütün ikitərəfli və çoxtərəfli əlaqələrdə qanunun aliliyini əldə rəhbər tutur. Bu baxımdan ölkə ərazisində bütün təşkilatların fəaliyyəti milli qanunvericiliyimizə və ölkələr arasındakı qarşılıqlı prinsiplər əsasında, ikitərəfli qaydada əldə olunmuş razılıqlara uyğun olmalıdır. Ölkəmizdə Rus evinin hüquqi şəxs qismində qeydiyyatının olmadığı üzə çıxıb. Təbii olaraq, rəsmi Bakı artıq bununla bağlı Rusiya tərəfinə nota göndərib. Burada əsas məsələ Rus evinin Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu bildirilir. Buna əsaslanaraq fevralın 3-də rəsmi Bakı həmin mərkəzin fəaliyyətinə xitam verilməsinə qərar verib. Biz təbii olaraq Rusiya tərəfindən əməli fəalliyyət gözləyirik. Yəni bir neçə sual meydana çıxır. Qanunvericiliyimizə uyğun fəaliyyət göstərməyən Rus evi ilə bağlı əvvəlcədən niyə məlumat vermir və öz hüquqi formatını Azərbaycan qanunvericiliyinə uyğunlaşdırmır. Azərbaycan tərəfi haqlıdır. Rusiya tərəfi də bunu qəbul edir. Düşünürük ki, gələcək fəaliyyətdə artıq digər məsələlər barədə yekun qərar veriləcək. Amma burada əsas məsələ olaraq Rusiya tərəfindən mütləq müvafiq tədbirlərin həyata keçirilməsi gözlənilir. Ümumiyyələ iki ölkə arasında münasibətlər müsbət məcrada inkişaf edib. Biz Rusiya ilə həm iki, həm də çoxtərəfli formatda çox yaxşı münasibət ortaya qoymuşuq. İki ölkə arasında müttəfiqlik sazişi mövcuddur”. 

Deputat söyləyib ki, son zamanlar Azərbaycan Hava Yollarına məxsus təyyarənin Qroznı səmasında vurulması və buna görə Rusiyanın üzərinə düşən hüquq və vəzifələri hələ tam yerinə yetirməməsi bu mənada bir neçə sual doğurur:


“Artıq ilkin rəy mövcuddur ki, təyyarəyə kənar müdaxilə olub. Biz burada əsas olaraq beynəlxalq konvensiyalara söykənən prinsipləri nəzərdə tuturuq. Birinci növbədə Rusiyanın üzr istəməsiydi. Rusiya Prezidenti artıq üzr istədi. Digər məsələlərdə isə susqunluq nümayiş etdirilir. Belə ki, proses davamlı olmalıdır. Bu işdə əli olan hər kəs cinayət məsuliyyətinə cəlb edilməlidir. Digər yandan rəsmi Moskva Azərbaycana təzminat ödəməlidir. Bu dediklərimiz yalnız iki ölkə arasındakı münasibətlərlə tənzimlənmir. Həm də beynəlxalq konvensiyaların tələbləridir. Rusiya bunu icra etməlidir. Hələlik, rəsmi Moskvada bununla bağlı susqunluq nümayiş etdirilir. Əksinə Rusiya media orqanlarında, televiziyalarında əks-təbliğat aparılır. Rəsmi Moskva gecikmədən bütün bu problemləri aradan qaldırmaq üçün məsələni həll etməlidir. Hazırda rəsmi Moskvanın mövqeyi anlaşılmır. Onlar məsuliyyəti üzərlərindən atmaq istəyirlər. Rusiya vaxt itirmədən Azərbaycan tərəfinə konpensasiya ödəməli və cinayətdə əli olan insanların məsuliyyətə cəlb etməlidir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Fevral 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see293

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see282

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see259

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see255

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see250

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see242

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see242

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see241

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see224

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see214

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see212

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see211

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see208

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see207

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see206

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see205

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see203

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see187

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see168

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri