Icma.az
close
up
RU
Rusiyanın narahatlığına səbəb budur AÇIQLAMA

Rusiyanın narahatlığına səbəb budur AÇIQLAMA

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

“Son zamanlar Azərbaycan və Rusiya arasında münasibətlərdə müəyyən soyuqluq və hətta kəskin ziddiyyətlərin yaranması müşahidə olunur. Əsas səbəb kimi Rusiyada azərbaycanlı əsilli Rusiya vətəndaşlarına qarşı zorakılıq və qanunla bir araya sığmayan tədbirlərin həyata keçirilməsi göstərilir. Bunun ardınca Azərbaycan da bir sıra cavab tədbirləri görüb”.

Bunu politoloq Amid Əliyev Metbuat.az-a açıqlamasında söyləyib. O bildirib ki, hazırda bu ziddiyyətlər əsasən KİV üzərindən və diplomatik kanallar vasitəsilə qarşılıqlı etirazların bildirilməsi yolu ilə davam edir:

“Baş verən hadisələrin əsas səbəbləri arasında bir neçə siyasi məqamı göstərmək olar ki, bunlar Rusiya tərəfindən narazılıq doğurur. Məsələn, son günlər Ermənistanın demək olar ki, bütün siyasi fiqurları tərəfindən sülh sazişinin hazır olması və imzalanma ilə bağlı danışıqlara başlanması barədə fikirlər söylənilir. Bu isə öz növbəsində Zəngəzur dəhlizinə nəzarət mexanizminin kim tərəfindən icra olunacağını ortaya qoyur. 10 noyabr Bəyanatına əsasən, bu Rusiya tərəfindən icra edilməlidir. Lakin son illər bölgədə baş verən siyasi proseslər fonunda bu məsələdə Rusiyanın çəkisinin azalması açıq şəkildə müşahidə olunur. Bu isə Rusiyanın bölgədəki maraqlarına tam ziddir. Ona görə də bu gün Ermənistanda Kilsənin mərkəzi hakimiyyətə qarşı çıxışları artıb, Azərbaycan qarşı isə həmyerlilirəmizin miqrasiya qanunvericiliyi prizmasından incidilməsi faktoru istifadə olunur”.

Politoloq həmçinin xatırladıb ki, bir neçə ay bundan öncə Rusiya XİN nümayəndəsi M. Zaxarova öz çıxışında həm Ermənistanı, həm də Azərbaycanı Qərb və NATO ilə münasibətlərdə daha ehtiyatlı olmağa və Azərbaycanın Ukraynanın işğal olunmuş əraziləri üzərində Rusiyanın "hüquqi legitimliyini" tanımasına eyham vurmuşdu.

A.Əliyevin fikrincə, qeyd olunan faktlar yalnız ehtimal olunan səbəblərdən bir neçəsidir və siyahını daha da genişləndirmək mümkündür. Onun sözlərinə görə Rusiya bölgədə yeni siyasi konfiqurasiyanın qurulmasında əsas faktor olmaq şansını əldən vermək istəmir. Buna görə də Azərbaycana və Ermənistana hərtərəfli təzyiqlər artırılır:

“Lakin bu təzyiqlərin daha geniş formada qarşıdurma və ya silahlı münaqişəyə çevrilməsi real görünmür. Rusiyanın indiki məqamda Azərbaycana və ya Ermənistana müharibə elan etməsinin heç bir müsbət perspektivi olmayacaq. Bu vəziyyət yalnız diplomatik səviyyədə etirazlar və situativ təzyiqlər formasında özünü göstərə bilər”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 07 İyul 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see375

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see373

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see334

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see323

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see306

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see305

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see301

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see266

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see250

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see239

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see229

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see200

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see199

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see197

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see193

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see183

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see181

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see176

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see173

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri