Icma.az
close
up
RU
Rusiyanın NATO mühasirəsində olan anklavı azərbaycanlıların fəth etdiyi Köniqsberqdən REPORTAJ

Rusiyanın NATO mühasirəsində olan anklavı azərbaycanlıların fəth etdiyi Köniqsberqdən REPORTAJ

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Onu kəhrəba daşının vətəni, məşhur alman filosofu İmmanuel Kantın şəhəri də adlandırırlar. Söhbət 1945-ci ilin may ayına qədər Almaniyanın Şərqi Prussiya əyalətinin paytaxtı olmuş, daha sonra 1945-ci iin iyul ayında keçirilən Potsdam konfransının qərarı ilə əyalətin şimal hissəsi ilə birlikdə SSRİ-yə verilmiş Königsberqdən, yəni Kalininqraddan gedir. Königsberqin fəth olunmasında və daha sonralar Kalininqrad kimi inkişafında azərbaycanlıların rolu barədə APA-nın Rusiyadakı xüsusi müxbiri Fərid Əkbərovun hazırladığı reportajı təqdim edirik.

Rusiyanın ən qərbdə yerləşən nöqtəsindəyik...

Vaxtı ilə almanların Königsberq, polşalıların Korolovets adlandırdığı, 1945-ci ildən isə ikinci dünya müharibəsinin nəticəsində kontributsiya kimi Sovetlər İttifaqına verilən və 1946-cı ildən SSRİ-nin rəhbərlərindən olan Mixail Kalininin şərəfində adlandırılan Kalininqradda... Şərqi Prussiyanın qala şəhəri hesab edilən, alman dilində “Kralın dağı” mənasını verən Köynigsberq, yəni Kalininqrad, Rusiya Federasiyasının Avropada yerləşən tək anklavıdır.

Kalininqrad Rusiyanın əsas ərazisindən bir neçə dövlət tərəfindən ayrılır. Bura quru yolu ilə getmək üçün əvvəlcə Belarusla sərhədi keçməli, sonra isə Litvadan keçməlisiniz. Kalininqradı Rusiyanın anklav deyil, eksklav və ya yarı eksklav bölgəsi də hesab edirlər. Regionun bir deyil, iki ölkə ilə əhatə olunması və dənizə çıxışının olması Kalininqradın anklav yox, eksklav və ya yarı eksklav region olduğunu iddia edənlərə əsas verir.

NATO-nun mühasirəsində, nəqliyyat blokadasında...

Rusiyanın şimal-qərb federal dairəsinə daxil olan və 1 milyondan çox əhalisi olan Kalinininqradın ərazisi 15 min 125 kvadrat kilomiterdir.

NATO ölkələri olan Polşa və Litva respublikaları ilə əhatə olunan, Baltik dənizinin sahilində yerləşən Kalininqradın materik Rusiyası ilə quru sərhədi yoxdur. Nəzərə alaq ki, Ukrayna müharibəsi səbəbindən Polşa və Litva Rusiyanı düşmən ölkə elan edib, ona görə də Kalininqrad Rusiya üçün həm də hərbi cəhətdən mühüm strateji əhəmiyyətə malik region hesab olunur.

Ukrayna ilə müharibəyə qədər Rusiya vətəndaşları Polşa və ya Litva ərazsindən sərhədi quru yolla keçib Kalininqradda gedə bilirdilərsə, müharibə başlayandan iki gün sonra Rusiya üçün adı çəkilən ölkələrin hava məkanları da qapadılıb. İndi rusiyalılar Kainininqrada ancaq təyyarə ilə, özü də Baltik dənizinin üzərindən daha uzun məsafəli marşrutla gedə bilirlər. Ona görə də, Kalininqrad üç ilə yaxındır ki, nəqliyyat blokadasındadır desək, yanılmarıq.

Qubernatoru Aleksey Bezprozvannıxın sözlərinə görə, bu gün Kalininqrad vilayətinin iqtisadiyyatı bütün maneələrə baxmayaraq inkişaf edir: “Sanksiyaların təzyiqi altında olsaq da, regiona qoyulan sərmayələrin həcmi artır. Əvvəllər mövcud olan, yəni quru yolla gedən iqtisadi marşrutlar indi dəniz marşrutları ilə əvəz olunub. Həm Rusiyanın digər regionları ilə, həm də iqtisadi əlaqələrimizin olduğu xarici ölkələrlə ticarət əlaqələrimizi ancaq dəniz üzərindən gəmi-bərə ilə həyata keçiririk”.

Kalininqrad vilayətinin rəhbərliyi Rusiyanın qonşu ölkələrlə regionlararası əməkdaşlığı çərçivəsində Azərbaycanla əlaqələri inkişaf etdirmək niyyətində olduğunu da açıqlayıb. Qubernatorun sözlərinə görə, regionun hazırda Azərbaycan respublikası ilə ticarət-iqtisadi əlaqələri mövcuddur.

“2023-cü ildə Kalininqrad vilayəti ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 22 milyon ABŞ dolları, 2024-cü ilin ilk 9 ayında isə bu göstərici 16 milyon dollar olub. Bu, onu göstərir ki, əlaqələr var, amma mənim fikrimcə, bu əlaqələri daha da inkişaf etdirmək mümkündür. Özü də təkcə, ticarət-iqtisadi sahədə deyil, digər sahələrdə də Azərbaycanla tərfdaşlıq əlaqələrimizi inkişaf etdirmək üçün potensial mövcuddur və bunun üçün mütləq “yol xəritəsi” hazırlayacağıq”, - deyə Aleksey Bezprozvannıx bildirib.

Köniqsberqi fəth edən azərbaycanlılar

Azərbaycanla Kalininqradı təkcə bu gün deyil, həm də tarix əlaqələndirir. Belə ki, regionun Sovetlər İttifaqına daxil olmasında azərbaycanlı faktoru mühüm rol oynayıb. Köniqsberqin Hitler qoşunlarından təmizlənməsi və şəhərin müdafiə qalası olan 5 nömrəli “Fort”un fəth olunmasında azərbaycanlı əsgərlərin göstərdiyi şücaət və qəhrəmanlıqlar haqqında bu gün də danışılır.

8 alman əsgərini öldürüb, 13-nü əsir götürən Astaranın Həmoşam kənd sakini

5 nömrəli “Fort” Hitler Almaniyasının Köniqsberqdə müdafiə olunduğu əsas qalalardan biri olub. Belə ki, Hitler Almaniyasının qoşunları 1945-ci ilin aprelin 7-8-də Sovetlər İttifaqı qoşunlarından məhz bu qalada müdafiə olunub. Qalanın müdafiəsi təxminən iki gün yarımdan çox çəkib. SSRİ qoşunları hücum edərək qalanı ələ keçiriblər və bu zaman 15 Sovetlər İttifaqı hərbçisi fərqlənib ki, onlardan da biri azərbaycanlı leytnant Mirzə Cəbiyev olub. Məhz bu qalaya qələbə bayrağını Mirzə Cəbiyəv sancıb və o, bu şücaətinə görə Sovetlər İttifaqının qəhrəmanı adına layiq görülüb.

Azərbaycanlı qəhrəman, Astara rayonunun Həmoşam kəndinin sakini Mizrə Cəbiyevun fotosu olan lövhə və onun göstərdiyi şücaətlər haqqında dolğun məlumat bu gün muzey kimi fəaliyyət göstərən 5 nömrəli “Fort”u ziyarət edən turistlərə də nümayiş olunur.

“5 nömrəli Fortun” bələdçisi Mariya Burluzkaya azərbaycanlı qəhrəman haqqında ağız dolusu danışır: “Leytnant Cəbiyev rəhbərlik etdiyi tağımı ilə Fort ərazisində düşmənin səngərinə daxil olub və qırmızı bayrağı sancıb. O zaman alman qoşunları hələ də qalada müqavimət göstərirmiş. Lakin Cəbiyev böyük şücaət və qəhramanlıq göstərərək 8 alman əsgərini öldürüb və 13-nü isə əsir götürüb. Bu, həqiqətən də böyük qəhrəmanlıq olub. Müharibədən sonra Cəbiyev vətəninə qayıdıb. Doğulduğu rayonda kalxoz sədri olub”.

Kəhrəba-yantar daşının vətənində azərbaycanlı izi

Köniqsberqin fəth olunmasında, onun daha sonra sovet şəhəri Kalininqrada çevrilməsində daha bir həmyerlimizin böyük rolu olub. Bu, Kalininqradın simvolu sayılan yantar-kəhrəba kombinatının ilk mülki direktoru olan Kərim Rizayevdir.

Dünyanın ən böyük kəhrəba yataqları məhz Kalininqrad vilayətinin ərazisində yerləşir. Kəhrəba ehtiyatlarının təxminən 90 faizinin Kalininqradın payına düşməsi, bu qiymətli daşı regionun əsas simvoluna çevirib. Kəhrəbanın hasil olunduğu “Yantarnı” qəsəbəsi qədim tarixə malik yaşıllıqlarla əhatə olunmuş şəhərcikdir. Burada bu qiymətli daşın sənaye hasilatının həyata keçirildiyi açıq karxanaları mövcuddur. Dünyada ən böyük kəhrəba yataqları məhz burada yerləşdiyindən yeganə kəhrəba hasil və emal edən kombinat da məhz burada fəaliyyət göstərir.

Kəhrəba komibinatının indiyədək onlarla direktoru olmasına baxmayaraq yalnız azərbaycanlı Kərim Rizayevin xatirə löhvəsi kombinatın binası üzərinə vurulub. Kombinat ərazisində yerləşən “Yantarnaya palata” muzeyində də həmyerlimizin xatirəsi bu günədək qorunub saxlanılır.

“Yantarnaya Palata”nın əməkdaşı Nataliya Kreymilin sözlərinə görə, Kərim Novruz oğlu Rizayev yantar kombinatının ilk hərbçi olmayan direktoru olub. O, 1955-ci ildən 1962-ci ilədək bu kombinata rəhbərlik edib. Rizayev Köyniqsberqin fəth edilməsinin iştirakçısı, Sosialist Əməyi Qəhrəmanı olub. Onun böyük xidməti ondan ibarət olub ki, Rizayev kəhrəbanın hasili və emalı prosesini bir müəssisədə birləşdirib. Ona görə də, bu gün Kalininqrad yantar kombinatı dünyada kəhrəbanı həm hasil, həm də emal edən ilk və tək müəssisədir. Rizayev 1962-ci ildə Azərbaycana gedib, ona orada vəzifə təklif olunub. Lakin o, kombinatla əlaqəni kəsməyib, sonralar dəfələrlə Kalininqrada gəlib, kombinatda olub. Ona görə də Kərim Rizayevin xatirəsi bu gün də qorunub saxlanılır, kombinatın əsas binasında onun xatirə löhvəsi asılıb”.

Alman filosofu Kantın vətəni Köniqsberq

Kalininqradı həm kəhrəbanın, həm də məşhur alman filosofu İmmanuel Kantın vətəni hesab edirlər. Kant Köniqsberqdə doğulub, burada yaşayıb və fəaliyyət göstərib. Yerli sakinlər bu faktla çox fəxr edir və ona hörmətlə yanaşırlar. Dahi filosofun məzarı İkinci Dünya müharibəsi zamanı demək olar ki, bütün tikililəri məhv olan Köyniqsberin əsas kafedralının divarı yaxınlığında yerləşir və şəhərin bu günə qədər qalan bir neçə tarixi simvollarından biri hesab olunur.

İkinci Dünya müharibəsi zamanı Britaniya qoşunları tərəfindən güclü hava hücumuna məruz qalan Köyniqsberdə demək olar ki, bütün tikililər dağıdılıb. Alman mədəniyyətinə xas üslübda olan tikililərdən bircə Köyniqsberqin Kafedralının binasının sütünları qalıb. Sovetlər dövründə, yəni Köyniqsberq Kalininqrada çevriləndən sonra burada sovet dövrünə xas, kvadrat tipli, xarici görünüşü heç də ürək açmayan binalar inşa olunub. Lakin SSRİ dağlandan sonra müasir Rusiya Kalininqradın alman keçmişini bərpa edib. İkinci Dünya müharibəsi dövründə dağıdılan tarixi binalar öz əvvəlki üslübünda bərpa olunub. Təbii ki, Almaniya tərəfi də bərpa işlərində Rusiyaya yardım edib.

Ukrayna ilə müharibə səbəbindən Almaniya ilə münasibətlərin korlanmasına baxmayaraq alman turistlər öz şəxsi avtomobilləri ilə Polşa sərhədindən keçərək Kalininqradı səyahət edə bilirlər. Bunun üçün Almaniya vətəndaşlarına elektron Rusiya vizası almaq kifayət edir. Deyilənlərə görə, yay aylarında, yəni turizm üçün əlverişli dövrdə Kalininqradda çoxlu sayda alman turistə rast gəlmək olur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://apa.az
archiveBu xəbər 11 Yanvar 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see265

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see236

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see180

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see176

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see173

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see169

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see136

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see135

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see133

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see132

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see128

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see127

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see124

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri