Rusiyanın neft terminalı vuruldu
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukrayna dronları Rusiya Federasiyasının Krasnodar diyarında "Tamannefteqaz" neft və neft məhsullarının ixrac terminalını vurub.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı öz "Telegram" kanalında məlumat yayıb.
Məlumata görə, obyekt neft, neft məhsulları və mayeləşdirilmiş karbohidrogen qazlarının rezervuar parklarından dəniz gəmiləri ilə sonrakı yüklənməsi üçün köçürülməsində ixtisaslaşıb. Terminal Rusiya neftinin ixracını təmin edir və Qara dəniz donanmasının logistik imkanlarını dəstəkləyir. Krım körpüsünə yaxınlığı onun Rusiya ordusunun təminatındakı rolunu gücləndirir.
Hücum nəticəsində bir sıra partlayışlar qeydə alınıb. Vurulmanın ətraflı nəticələri dəqiqləşdirilir. Bundan əlavə, Baş Qərargahın məlumatına görə, Krımda "Pantsir-S1" zenit raket kompleksi uğurla vurulub.
(publika)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 15 Fevral 2026 18:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















