Icma.az
close
up
RU
Rusiyanın son aqressiv fəaliyyətləri ətraf ölkələri təhlükəsizlik tədbirlərinə vadar edir

Rusiyanın son aqressiv fəaliyyətləri ətraf ölkələri təhlükəsizlik tədbirlərinə vadar edir

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

"Dünya müharibəsi bitdikdən sonra İsveç nüvə silahı yaratmağı düşünürdü. Burada əsas məqsəd, təbii ki, SSRİ tərəfindən mümkün ola biləcək müdaxilələrə qarşı bir çəkindirmə vasitəsi əldə etməkdən ibarət idi. Bu proqram məxfi şəkildə davam edirdi və adətən mülki müdafiə məqsədli tədqiqatlar adı altında gizlədilirdi. Proqram təxminən 25 ildən çox davam etdietdi, bəzən yeraltı nüvə sınaqları ilə müşahidə olunurdu. Lakin 1966-cı ildə nüvə silahının yayılmaması barədə müqaviləni imzalayan İsveçrə bu proqramdan imtina etdi və bütün tədqiqatlar 1972-ci ildə tamamilə dayandırıldı".

Bu fikirləri Redaktor.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev İsveçin nüvə silahı hazırlama potensialından danışarkən bildirdi.

Onun sözlərinə görə, hazırda İsveçdə bəzi siyasi liderlər bu proqramın yenidən bərpasını təklif edirlər. 

"Keçən ildən İsveçrə artıq NATO üzvüdür, amma təkbaşına nüvə silahı əldə etmək asan olmayacaq. Ən böyük ehtimalla belə bir addım atılsa, beynəlxalq ictimaiyyətin və ölkə vətəndaşlarının rəyi nəzərə alınmalıdır. Eyni zamanda, İsveçrənin nüvə silahı əldə etməsi üçün müttəfiqlərinin köməyinə ehtiyacı ola bilər. Tarixi faktlara görə, İsveçrədə 1960-cı illərdən uran filizi çıxarılıb və ölkədə beş atom elektrik stansiyası fəaliyyət göstərir. Ümumilikdə 15 reaktor təxminən 9 gigavat (9000 meqavat) enerji istehsal edir. Rusiya Federasiyasının son aqressiv fəaliyyətləri ətraf ölkələri təhlükəsizlik məsələlərinə daha çox diqqət ayırmağa vadar edir. Atom elektrik stansiyaları zənginləşdirilməmiş uran ilə işləyir. Yəni onların nüvə silahı istehsal etmək üçün yüksək səviyyədə uranın zənginləşdirilməsi tələb olunur ki, bunun üçün də hələlik İsveçdə müvafiq infrastruktur mövcud deyil", - deyə müsahibimiz yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:51
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 Sentyabr 2025 20:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see248

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see238

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see216

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see153

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see149

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see148

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see146

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see141

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see139

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see136

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see134

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see134

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri