Icma.az
close
up
RU
Rusiyanın son seçimi Türkiyədir Sülh İstanbulda olacaq?

Rusiyanın son seçimi Türkiyədir Sülh İstanbulda olacaq?

Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.

Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundunun da İstanbulda baş tutacağı gözlənilir. 

Maraqlıdır, yenidən İstanbulun seçilməsi nəyə işarə edir? Yekun sülh buradamı əldə olunacaq?

Sfera.az-a mövcud suallarla bağlı açıqlama verən politoloq Elçin Xalidbəyli Rusiya və Ukrayna arasında aparılan danışıqlar üçün İstanbulun seçilməsinin heç də təsadüfi olmadığını deyib.

Müsahibimiz bildirib ki, hazırkı şəraitdə Moskvanın danışıqlar aparmaq üçün üz tuta biləcəyi ölkələrin sayı olduqca məhduddur və bu siyahıda ən önəmli məkan məhz İstanbul hesab olunur:

“Rusiya hazırda dünya ilə geniş miqyaslı qarşıdurma içindədir və yalnız bir neçə ölkə ilə normal diplomatik münasibətlərini qoruyub saxlayır. Bu dövlətlərin başında isə Türkiyə gəlir. Məhz buna görə də Moskvanın təşəbbüsü ilə görüşlərin İstanbulda keçirilməsi qərara alınıb. Lakin bu danışıqlar prosesinin uğurla nəticələnəcəyi inandırıcı görünmür. Çünki Moskva elə tələblər irəli sürür ki, əgər bu şərtlər sülh razılaşmasına daxil edilərsə, həmin sənəd Ukrayna üçün faktiki olaraq təslim aktına çevrilə bilər. Bu baxımdan Rusiya üçün olduqca çətin və həssas dövr yaşanır”. 

Politoloq hazırda beynəlxalq ictimaiyyət və Ukraynanın tərəfdaşlarının Moskvanı ciddi zərbələrlə geri çəkilməyə məcbur etdiyini qeyd edib:

“Bununla yanaşı irəli sürdüyü maksimalist şərtlərdən imtina etməyə və danışıqlar masasında daha konstruktiv mövqe tutmağa vadar etməyə çalışırlar. Görünən odur ki, bu proses hələ bir müddət davam edəcək. Ancaq Kreml mövcud siyasətini və qeyri-real tələblərini davam etdirdikcə, yaxın gələcəkdə sülh razılaşmasının imzalanması ehtimalı olduqca zəif görünür”.

Fidan Hacızadə
Sfera.az

 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://sfera.az
archiveBu xəbər 03 İyun 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri