Icma.az
close
up
RU
Rusiyanın TDT yə üzv kimi qatılması Türk Dünyası və Türk Birliyi ideyalarına uyğun olmadığı üçün nəzərdə tutulmur

Rusiyanın TDT yə üzv kimi qatılması Türk Dünyası və Türk Birliyi ideyalarına uyğun olmadığı üçün nəzərdə tutulmur

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türk Dövlətləri Təşkilatının 7 oktyabr 2025-ci il tarixində Qəbələdə baş tutan 12-ci Zirvəsi tarixi qərarlarla yadda qaldı. Zirvənin yekunu olaraq qəbul edilən 121 maddədən ibarət Qəbələ Bəyannaməsində gələcəyə yönəlik qərarlar bəyan olundu.

Bizimyol.info xəbər portalına danışan Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə bildirib ki, bunlar arasında 115-ci maddə xüsusilə diqqətəlayiqdir: “Bu maddədə TDT üzvləri “Xarici tərəflərlə çevik əməkdaşlıq çərçivəsi kimi TDT+ formatının yaradılmasını alqışladıqlarını” bəyan etmiş oldular. Həmçinin 116-cı maddədə qeyd olunur ki, TDT üzvləri üçüncü ölkələr və beynəlxalq təşkilatların qarşılıqlı mənfəət sahələrində TDT ilə əməkdaşlığı inkişaf etdirməsinə dair marağını məmnuniyyətlə qarşılayırlar, həmçinin TDT-nin BMT Baş Assambleyası və İslam Əməkdaşlıq Təşkilatı kimi təşkilatlar nəzdində müşahidəçi statusunun qazanması üçün ortaq çalışmaları təşviq edirlər. Başqa ifadə ilə, bununla TDT rəsmi bəyan edir ki, onunla əməkdaşlıq etmək istəyən üçüncü tərəflərə qapılarını açır, həmçinin beynəlxalq arenada geosiyasi mərkəz rolunda daha çox təsir imkanları qazanmaq üçün özünün digər təşkilatlarla yeni əməkdaşlıq mexanizminin inkişaf etdirilməsi istiqamətində addımlar atacaqdır”.

Şəhla Cəlilzadə

TDT ilə əməkdaşlıq etməyə can atan üçüncü tərəflər kimlərdir?

“Rusiya Federasiyası - Türklərin tarixi coğrafi yayılma arealında yerləşir və hazırda Rusiya tərkibində muxtar statusa sahib Türk respublikaları, yəni Tatarıstan, Başqırdıstan, Çuvaşiya, Krım, Saha (Yakutiya), Altay, Xakasiya, Tuva, Qaraçay-Çərkəz, Kabardin-Balkar respublikaları, Şimali Qafqaz və Sibirin türk toplumları mövcuddur. Nəzərə alsaq ki, Rusiyada çox böyük Türk toplumu vardır, lakin Rusiya Türklərin artan gücündən, xüsusilə Böyük Turan ideologiyasının reallaşmasından yetəri qədər çəkindiyi üçün TDT-nin geosiyasi çəkisinin artmasında deyil, əksinə azaldılmasında maraqlıdır, beləliklə, bütün bu amilləri bir xətt üzrə birləşdirdikdə aydın olur ki, Rusiya TDT-də hansısa formada təmsilçiliyi öz maraqları prizmasından mümkün hesab edir. Rusiyanın müxtəlif tədqiqat mərkəzləri “hücum diplomatiyası”nın həyəta keçirilməsini və Rusiyanın TDT-də “layiqli” yerini tutmasını təklif edirlər. Onlar bunu Rusiyada sadəcə çoxsaylı Türk-muxtar strukturlarla deyil, həmçinin azərbaycanlı, qazax, qırğız və özbək əsilli diasporanın mövcudluğu ilə də əsaslandırırlar. Beləliklə, onlara görə fin-uqor əsilli Macarıstanla müqayisədə Rusiyanın TDT-də mövcudluğu üçün daha əsaslı zəminin mövcuddur. Onlar həmçinin Rusiyanın Türk dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlığının həm Orta Dəhliz, həm də Şimal-Cənub dəhlizinin reallaşmasına töhfə verəcəyini düşünürlər. Beləliklə, Rusiyanın TDT-də təmsil olunmaq niyyətinin arxasındakı gizgi məqamlar açıqlanmasa da, əsaslandırmalar bunlardır”-deyən politoloq bildirib ki, hətta bu barədə Rusiya dövlət rəsmilərinin “maraqlı” açıqlamaları da var.

Belə ki, Kremlin sözçüsü Peskov 2021-ci ilin noyabrında demişdi ki, sitat: “Türk Dünyasının mərkəzi Türkiyə deyil, Rusiya Federasiyasının ərazisi – Altay olmalıdır.” Bununla onlar Türklərin tarixi köklərinin Altaya bağlı olduğu iddiasına köklənirlər.

Politoloqun fikrincə, məntiqlə yanaşdıqda, Rusiya coğrafiyası özü-özlüyündə tamamən Türklərin tarixi coğrafiyasıdır. Bu iddia TDT-nin 2021-ci ilin noyabrında İstanbulda baş tutan 8-ci Zirvəsi ərəfəsində səsləndirilmişdi. Həmin Zirvədən sonra TDT-nin keçmiş baş katibi Bağdad Amreyev verdiyi müsahibədə Rusiyanın TDT-ə üzvlük imkanının olub-olmaması ilə bağlı suala cavab olaraq bildirmişdi ki, sitat: “Türklərin yaşadığı coğrafiya Rusiyanı, Çini, İranı, Əfqanıstanı, Avropanı və hətta ABŞ-ı əhatə edir. Biz, təbii olaraq, dünyanın istənilən nöqtəsində olan türklərin taleyinə biganə deyilik. Lakin, bir təşkilat olaraq dövlətlərlə əməkdaşlıq qura bilərik.

Rusiyanın TDT-də müşahidəçi qismində iştirakı mümkündür. Bizim bütün üzvlərin Rusiya ilə yaxşı münasibətləri var.” Amreyev hazırda (2022-ci ildən) Türk İnvestisiya Fondunun prezidentidir. Başqa sözlə, Rusiya TDT-yə üzv kimi qatılması Türk Dünyası və Türk Birliyi ideyalarına uyğun olmadığı üçün nəzərdə tutulmur, həmçinin Rusiyanın ayrı-ayrı subyektlərinin TDT-də üzvlüyü mümkün deyil, lakin mövcud reallıqlar və qarşılıqlı maraqlar fonunda ikitərəfli əməkdaşlıq mümkündür.

Şəhla Cəlilzadə bildirib ki, TDT+ formatının yaradılması da məhz bu məqsədə xidmət edir. Başqa ifadə ilə, TDT-də müşahidəçi olaraq, yaxud sadəcə “tərəfdaş” statusu ilə Rusiya və TDT arasında əməkdaşlığın inkişaf etdirilməsi gələcəkdə mümkün ola bilər”-deyə Şəhla Cəlilzadə qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 29 Oktyabr 2025 20:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see469

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see218

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see203

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see200

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see185

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see170

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see157

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see153

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see148

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see148

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see142

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see139

Alimlər xəbərdarlıq edirlər: Vəba bioloji silah kimi istifadə oluna bilər

28 Yanvar 2026 04:11see137

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see136

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri