Rusiyanın Ukraynada son sutkadakı itkiləri açıqlanıb
Missiya.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ukraynada davam edən müharibədə Rusiya ordusu son sutkada daha 1670 hərbçisini itirib.
Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, bununla da müharibədə həlak olan Rusiya hərbçilərinin sayı 834 min 670 nəfərə çatıb.
Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun son sutka ərzində 10 tank, 29 artilleriya sistemi və 24 zirehli döyüş maşınını məhv edib.
Daşqın Həsənov
Missiya.Az

Rusiyanın Ukraynada son sutkadakı itkiləri açıqlanıb
27 Yanvar 2025 10:10

