Icma.az
close
up
RU
Rusiyanın Ukraynadakı GİZLİ PLANI: Əsas hədəf bu şəhərdir… KONKRET

Rusiyanın Ukraynadakı GİZLİ PLANI: Əsas hədəf bu şəhərdir… KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin küçələrində çıxış edib. O, Rusiyanın sonda Ukraynanı tərk edəcəyinə əminliyini bildirib. Zelenski İkinci Dünya Müharibəsində 8 milyondan çox ukraynalının həyatını itirdiyini vurğulayıb. O, həmçinin İkinci Dünya Müharibəsi ilə indiki Rusiya-Ukrayna müharibəsini müqayisə edib. 

Mövzu ilə bağlı Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə KONKRET.az-a açıqlamasında bildirib ki, Zelenskinin İkinci Dünya Müharibəsi ilə hazırki Rusiya-Ukrayna savaşını müqayisə etməsinin əsas məqsədi Kremli işğalçı kimi göstərməkdir.

“Zelenski paralel olaraq demək istəyir ki, Ukrayna bu gün faşizmə bənzər bir təhdidə, yəni, Rusiyanın təcavüzünə qarşı mübarizə aparır. Eyni zamanda, Rusiya tərəfi isə Ukraynadakı “faşist qüvvələrinə” qarşı hərbi əməliyyatlar keçirdiyini iddia edir. Beləliklə, hər iki tərəf bir-birini ittiham edərək informasiya müharibəsində üstünlük qazanmağa çalışır”.

Politoloq qeyd edir ki, məsələyə beynəlxalq hüquq normaları çərçivəsində yanaşdıqda, Rusiyanın Ukraynanın ərazi bütövlüyünü pozaraq müəyyən bölgələri işğal etdiyini deyə bilərik. Çünki bu, danılmaz bir faktdır.

“Rusiya hazırda işğal etdiyi Ukrayna ərazilərindən geri çəkilmək niyyətində deyil. Əksinə, bu bölgələrdə, xüsusilə də Ukraynanın şərq vilayətlərində möhkəmlənmək istəyir. Hətta bəzi məlumatlara görə, Rusiya Odessanı da hədəf kimi müəyyənləşdirib. Lakin bu istiqamətdə həyata keçirilən hücumlar, o cümlədən raket zərbələri, ciddi nəticələr verməyib”.

R. Tağızadə vurğulayır ki, indiki mərhələdə Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə davam edir.

“ABŞ isə bu münaqişədə vasitəçi olmaqdan getdikcə uzaqlaşır və danışıqlar prosesində passiv mövqe sərgiləyir. Ümumiyyətlə, vəziyyət kritik olaraq qalır. Digər tərəfdən, Pakistanla Hindistan arasında yenidən alovlanan münaqişə fonunda Rusiya-Ukrayna müharibəsində nisbətən səngimə müşahidə olunur. Bütün bu proseslərin fonunda əsas narahatedici məqam ondan ibarətdir ki, Ukrayna torpaqları böyük güclər arasında siyasi maraqlara uyğun şəkildə bölüşdürülmə təhlükəsi ilə üz-üzədir”.

Aynurə İsmayıl

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://konkret.az
archiveBu xəbər 09 May 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see523

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see495

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see307

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see279

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see272

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see267

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see267

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see265

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see260

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see260

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see239

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see237

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see235

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see233

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see228

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see216

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see212

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see204

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri