Icma.az
close
up
RU
Rusiyanın Ukraynaya hücumundan 3 il ötür

Rusiyanın Ukraynaya hücumundan 3 il ötür

Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Rusiya ordusunun Ukraynaya hücumundan üç il ötür. BMT-nin sənədləşdirilmiş məlumatlarına görə, son üç ildə Ukraynada 12 min 600-dən çox dinc sakin həlak olub, 29 mindən çox insan yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, Ukrayna hakimiyyətinin məlumatına görə, Rusiya ilə üç ildir davam edən müharibədə 46 mindən çox ukraynalı döyüşçü həlak olub.
Bunu prezident Vladimir Zelenski 2025-ci ilin fevralında “NBC News”a müsahibəsində deyib .
Rusiya sonuncu dəfə 2022-ci ilin sentyabrında Ukraynada 6 minə qədər rus əsgərinin öldürüldüyünü rəsmi olaraq bəyan edib. Son üç ildə həlak olan 95 min 26 rus əsgərinin kimliyini BBC və “Mediazona” nəşri ictimai mənbələrə əsaslanaraq müəyyənləşdirib. Hərbi ekspertlər nekroloqlar, qəbiristanlıqlar və hərbi abidələrlə bağlı araşdırmalar əsasında media orqanlarının hesabladığı ölümlərin sayının faktiki ölüm sayının 45-65%-ni təşkil etdiyini təxmin edirlər.
Ukraynanın Sosial Siyasət Nazirliyi 2024-cü ilin dekabrında müharibə başlayandan bəri 3,6 milyon vətəndaşın məcburi köçkün olduğunu açıqlayıb.
BMT-nin 2025-ci ilin yanvar ayına olan məlumatına görə, dünyada 6,9 milyon ukraynalı qaçqın qeydə alınıb, onlardan 6,3 milyonu Avropa ölkələrindədir.
BMT-nin məlumatına görə, Ukraynada evlərin 10%-dən çoxu zədələnib və ya dağılıb, yəni ən azı 2 milyon insan adekvat mənzilsiz qalıb. Müharibə zamanı 3 min 600-dən çox məktəb və universitet zədələnib və ya dağıdılıb.
BMT-nin məlumatına görə, Ukraynada 12,7 milyon insanın humanitar yardıma ehtiyacı var.
Rusiyanın genişmiqyaslı işğalından sonra Ukraynanın iqtisadi itkilərini qeydə alan Kiyev İqtisadiyyat Məktəbi ölkənin infrastrukturuna dəymiş ziyanın 170 milyard dolları keçdiyini bildirib. Bildirilir ki, ən çox mənzil fondu, nəqliyyat infrastrukturu və enerji sektorları təsirlənib.
Xatırladaq ki, Rusiya ordusu 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə soxulub. Prezident Vladimir Putin “xüsusi hərbi əməliyyatın” məqsədinin Ukraynanın “demilitarizasiyası və denazifikasiyası” olduğunu elan edib.
30 sentyabr 2022-ci ildə Rusiya Ukraynanın Xerson, Zaporojya, Donetsk və Luqansk vilayətlərinin heç birinə tam nəzarət etməsə də, öz əraziləri elan edib. Həmçinin 2014-cü ildən Rusiya Ukraynanın Krım yarımadasını və Sevastopol şəhərini ilhaq edib.
Rusiya hökuməti müharibənin dayandırılması üçün şərt kimi Ukraynada artıq işğal olunmuş ərazilərin Rusiyanın bir hissəsi kimi tanınmasını və Ukraynanın NATO-ya qəbul edilməməsini tələb edir.
Ukrayna rəsmiləri isə bəyan edirlər ki, heç vaxt öz ərazilərindən imtina etməyəcəklər
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 24 Fevral 2025 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri