Icma.az
close
up
RU
“Rusiyanın və İranın bizdən narazı qalmağa haqqı yoxdur” “Paşinyanın seçkilərə qədər devrilmək ehtimalı çox böyükdür”

“Rusiyanın və İranın bizdən narazı qalmağa haqqı yoxdur” “Paşinyanın seçkilərə qədər devrilmək ehtimalı çox böyükdür”

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev “Teleqraf” agnetliyinə müsahibə verib.

“AzPolitika” müsahibəni təqdim edir.

- Qüdrət bəy, Vaşinqtonda ABŞ və Ermənistanla imzalanmış sənədlərin əhəmiyyəti barədə fikirlərinizi bilmək istərdik. Bu, Azərbaycanın Rusiya və İranla münasibətlərinə necə təsir edəcək?

- Bölgəyə sülh gətirəcək, iki xalq arasında düşmənçiliyə son qoya və əməkdaşlığa yol aça biləcək istənilən sənədin imzalanması tarixi hadisədir, alqışlanmalıdır. İmzalanmış üçtərəfli Birgə Bəyannamədə tərəflər bir-birinin ərazi bütövlüyünü tanıdıqlarına, güc tətbiqindən və qisasdan imtina etdiklərinə dair öhdəlik götürürlərsə, bu, elə ilkin sülh sazişidir. Haqlı olaraq beynəlxalq birlik və media bunu bu cür də sülh sazişi kimi təqdim etdi.

Bu, Prezident İlham Əliyevin, Azərbaycanın, o cümlədən ABŞ və Ermənistanın, insanlığın böyük qələbəsidir. Bundan sonra Tramp haqq etdiyi Nobel Sülh Mükafatını ala bilər.

Əvvəllər müsahibələrimdə dəfələrlə söyləyirdim ki, beynəlxalq təcrübə göstərir ki, bu kimi münaqişərdə sülh sazişinin imzalanması güclü dövlətlərin vasitəçiliyi olmadan baş vermir. ABŞ dünyanın bir nömrəli iqtisadi və hərbi gücüdür. Azərbaycanda hər kəs Trampın seçkilərdə qalib gəlməsini arzulayırdı, çünki onun prezidentliyi dövründə torpaqlarımızı işğaldan azad etdik. İndi isə onun vasitəçiliyi ilə "Tramp yolu" adlanacaq Zəngəzur dəhlizi açılır, Ermənistanla ilkin sülh sazişi imzalandı. Kim demokratik ənənələri olan, inkişaf etmiş texnologiyaya sahib, dünyanın super gücü ilə yaxın olmaq istəməz ki?...

Zamanında mən də bunu çox istəmişəm, amma bəzi acı reallıqları görüb ABŞ ilə münasibətlərdə ehtiyatlı olub müəyyən məsafə saxlamağın (nə dost, nə düşmən) tərəfdarı olmuşam. Ona görə ki, bu ölkədə dövlətçilikdə varislik məsələsi yoxdur. Hər yeni prezident özünü elə aparır ki, sanki ondan qabaqkı prezidentin imzaladığı sənədlərin, qəbul etdiyi qərarların ona və ABŞ-yə aidiyyatı yoxdur. Elə bil əvvəlki administrasiya başqa dövləti təmsil edib. Yeni administrasiya əvvəlki ilə yaxınlığa görə sənin ölkəni cəzalandıra da bilər. Allaha dua edək ki, gələcək ABŞ prezidentləri Trampla yaxınlığa görə bizi cəzalandırmasın.

Zelenskinin Bayden administrasiyası ilə yaxınlığına görə necə alçaldılması dünyanın gözü qarşısında baş verdi. Bu gün də Ukrayna alçaldıcı sülhə məcbur edilir. ABŞ-nin Ukraynanın ərazi bütövlüyü ilə əlaqədar imzaladığı Budapeşt memorandumuna sadiqliyini də gördük. Hansı ki, Ukraynaya təzyiq edib, onu aldadaraq nüvə silahını əlindən aldılar. İndi Tramp Zelenskiyə deyir ki, əlində kart yoxdu.

Təəssüf, Zelenski də ona demədi ki, ABŞ 1994-cü ildə bizi aldadaraq və təzyiq edərək həmin kartı bizim əlimizdən alıb. Başqa şoxsaylı misallar da çəkmək olar. Mövcud ikipartiyalı siyasi sistem ABŞ cəmiyyətində ciddi parçalanma, ölkədə vətəndaş qarşıdurması təhlükəsi yaradıb. 2020-ci il prezident seçkilərindən sonra bu təhlükə özünü qabarıq şəkildə biruzə verdi. Bu səbəbdən ABŞ-də konstitusion islahatlara böyük ehtiyac var.

Allaha dua edək ki, Ermənistan və ABŞ öz öhdəliklərini yerinə yetirə bilsinlər, hər şey xalqların gözlədiyi, imza edən tərəflərin planlaşdırdığı kimi uğurla sonuclansın.

Təəssüf ki, Paşinyanın növbəti seçkiləri uduzmaq və ya seçkilərə qədər devrilmək ehtimalı çox böyükdür. Bu baş verərsə, formalaşacaq yeni hökumətin Ermənistanın öhdəliklərinə sadiq qalacağı az inandırıcıdır.

Rusiyanın və İranın isə bizdən narazı qalmağa haqqı yoxdur. Vətən müharibəsindən sonra Azərbaycan 3+3 formatında region dövlətlərinə əməkdaşlıq təklif etdi. Atəşkəs haqqında üçtərəfli Bəyannamənin imzalanmasından 5 ilə yaxın vaxt keçsə də, Rusiya sülh sazişinin imzalanması və Zəngəzur dəhlizinin açılması istiqamətində Ermənistana heç bir təzyiq göstərmədi, sanki nə hərb, nə də sülh vəziyyəti onu qane edirdi. İran isə açıqdan-açığa Zəngəzur dəhlizinin açılmasına qarşı mövqe ortaya qoydu.

Bizə isə Naxçıvana maneəsiz gediş-gəlişi təmin edəcək yolun açılması, inkişaf və təhlükəsizlik üçün davamlı sülh lazımdır. Həm də Rusiyanın Ermənistana münasibətdə soyuqqanlı davranışı o qənaətə gəlməyə əsas verir ki, çox böyük ehtimalla, ABŞ bütün məsələləri Rusiya ilə öncədən razılaşdırıb. Rusiya ola bilsin, İranla münasibətlər korlanmasın deyə ABŞ-nin vasitəçilik etməsini qəbul edib. Çünki "Tramp yolu" bizim qədər Rusiyaya da lazımdır.

Ümid edirəm, Rusiya sivil münasibətlər yolu ilə hər iki dövlətlə dostluq yolunu seçəcək. İranda isə Prezident Pezeşkian və ətrafındakı ağıllı adamlar anlayırlar ki, indiyə qədər Azərbaycana qarşı yürüdülən təzyiq və yumşaq desək, dost olmayan siyasət kökündən səhv olub. Həm də Rusiyanın təmkinli davranışı onları da dözümlü olmağa məcbur edəcək.

- Bəs bütövlükdə bölgənin gələcəyini necə görürsünüz?

- Rusiya Ukrayna üzərində (əslində Qərb dünyası və NATO üzərində) qələbəsini Trampın da köməyi ilə rəsmiləşdirəndən sonra, kimin indi nə deməsindən asılı olmayaraq, dünyada nüfuzu xeyli yüksələcək.

İndi Trampın əlini öpməyə imkan axtaran Qərb liderləri bu dəfə Putinin əlini öpmək üçün növbəyə duracaqlar. SSRİ-nin İkinci Dünya müharibəsində qələbəsindən sonra nüfuzunun artdığı kimi.

Tramp Rusiya iqtisadiyyatının güclənməsi üçün hakimiyyətdə olduğu müddətdə mümkün olan hər şeyi edəcək. Biz bunu nəzərə almalıyıq. 44 günlük savaşdan sonra sülhməramlı kimi Ağdamda Türkiyə və Rusiya yerləşmişdi. Ən azından bu səbəbdən onlar dost və müttəfiq ölkələr kimi yekun sülh sazişinin imzalanmasında iştirak edə bilərlər.

Rusiya Azərbaycanın ABŞ ilə yaxınlaşma siyasətindən narahat olmamalıdır, çünki özü də ABŞ ilə yaxınlaşmaq istəyir. Rusiya Azərbaycanla olan etimadlı münasibətləri bərpa etmək, ikitərəfli əlaqələri inkişaf etdirmək üçün addımlar atmalıdır. Belə bir el misalı var: Yaxın qonşu uzaq qohumdan yaxşıdır. Qonşularla dostluq siyasəti regionda sülhü daha davamlı və təminatlı edərdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:57
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 Avqust 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin dünyaya meydan oxudu: Avropanı gözləyən dəhşət Moskva böyük hücuma...

23 Sentyabr 2025 14:17see428

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see144

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see143

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see141

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see138

Rusiyadan Ağalarovlarla bağlı gözlənilməz TƏLƏB

23 Sentyabr 2025 12:45see132

Milli Musiqimizin Memarı” adlı konsert keçirildi FOTOLAR

23 Sentyabr 2025 16:08see132

Elariz Məmmədoğlunun zoopark macərası gündəm oldu

23 Sentyabr 2025 01:34see131

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see130

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see129

A Seriyası: Son çempion evində qalib gəldi

23 Sentyabr 2025 01:18see129

Damcılı düşərgəsində arxeoloji qazıntıların dünəni və bu günü

23 Sentyabr 2025 11:04see129

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see126

Şəbnəm Tovuzlu: “Vəfa mənim üçün bacıdır” VİDEO

24 Sentyabr 2025 00:42see122

Evdə sistem qoşulması qanunla qadağan edilsin TƏKLİF

23 Sentyabr 2025 21:01see121

Upamekanonun “Real” arzusu

22 Sentyabr 2025 20:21see120

Arda Güləri nə gözləyir? Real Madrid qərarını verdi

24 Sentyabr 2025 03:41see120

AIIF 2025 çərçivəsində 10 milyard dollarlıq sənədlər imzalanıb

23 Sentyabr 2025 18:09see116

Beynəlxalq Bankın keçmiş rəhbəri Elmar Məmmədov dindirildi

23 Sentyabr 2025 04:15see116

Meyxanaçı Xəyyamın anası vəfat etdi

23 Sentyabr 2025 11:34see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri