Rusiyanın xarici işlər naziri: Makron öz reputasiyasını xilas etmək üçün düşünülməmiş hərəkətlər edə bilər
Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Fransa prezidenti Emmanuel Makron reputasiyasını bərpa etmək üçün tələsik qərarlar qəbul edə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Zimbabvenin xarici işlər naziri Amon Murvira ilə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
“Mən NATO çərçivəsində, Avropa İttifaqı daxilində ağıllı səslər eşidirəm ki, Makron Fransada ümidsizcə tapdalanan reputasiyasını xilas etmək üçün tamamilə düşünülməmiş hərəkətlər edə bilər”, -deyə o vurğulayıb.
Rusiya XİN-in rəhbərinin sözlərinə görə, Makronun Fransa daxilində populyarlığının azalması onu sərt bəyanatlar verməyə və beynəlxalq aləmdə radikal addımlar atmağa vadar edir.
S.Lavrov qeyd edib ki, bəzi Aİ və NATO ölkələri bu cür hərəkətlərin riskini dərk edir və onlara ehtiyatla yanaşırlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 06 Mart 2025 20:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















