Icma.az
close
up
RU
Rusiyanın yeni miqrant siyasəti Putin onları nə üçün uzaqlaşdırır?

Rusiyanın yeni miqrant siyasəti Putin onları nə üçün uzaqlaşdırır?

Icma.az, Sfera.az portalına istinadən məlumat yayır.

Rusiya Daxili İşlər Nazirliyinin fevralın 4-də yayımladığı məlumata əsasən, hazırda Federasiyada 670 min qeyri-qanuni miqrant yaşayır ki, onlardan əksəriyyəti qadın və uşaqlardır. Nazirliyin 2021-ci ilə olan məlumatına görə isə həmin vaxt bu ölkədə 120 min azərbaycanlı qeyri-qanuni miqrant yaşayırdı.

Rusiyanın Sverdlovsk vilayətinin məhkəmə icraçıları 2024-cü ildə 4200-dən çox qanunsuz miqrantı ölkəsinə geri göndərib ki, bu da 2023-cü illə müqayisədə 1872 nəfər çoxdur. Ölkədən çıxarılanların arasında 117 Azərbaycan vətəndaşı da yer alıb. Rusiya Prezidenti Vladimir Putinin 2024-cü il dekabrın 30-u imzaladığı fərmana əsasən, ölkədə yaşayan qeyri-qanuni miqrantlar 2025-ci il aprelin 30-na qədər ölkədən çıxarılmalıdır. 
 

Maraqlıdır, Rusiyada qeyri-qanuni miqrantlara qarşı qanunlar niyə sərtləşdirilir?

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı açıqlamasında REAL partiyasının sədri Natiq Cəfərli bunun bir neçə səbəbi olduğunu qeyd edib.

Onun sözlərinə görə, səbəblər daxili “düşmən” obrazı yaratmaq, etnik diaspora təşkilatlarını zəiflətmək və miqrantları öz imperialist və işğalçı siyasətləri həyata keçirmək üçün ölməyə hazır olan əsgərlərə çevirməkdir:

“Avtoritar rejimlərdə iqtisadiyyatda, sosial həyatda hökumətin bacarıqsızlığını “izah” etmək üçün mütləq daxili və xarici “düşmənlər” lazımdır. Xarici düşmənlər artıq var – Ukrayna, Avropa, Yaponiya, Avstraliya və s. Daxildə bacarıqsız siyasəti isə miqratlara yükləmək ən rahat və asan yoldur. Həmçinin, Rusiyada siyasi-ictimai mobil qruplar yox dərəcəsindədir, ideologi siyasi partiyalar da yoxdur, əsas passionar kütlə etnik diasporalarda cəmləşib. Miqrantlara qarşı Kremlin “səlib yürüşünün” məqsədlərindən biri də etnik diaspora təşkilatlarını zəiflətmək, onları hüquq-mühafizə orqanlarına tam tabe etmək, ciddi nəzarət mexanizmləri yaratmaqdır. 

SSRİ dağılanda Rusiyanın əhalisi 148 milyon 514 min nəfər idi, 2025-ci ilin yanvarın 1-nə olan məlumata görə əhali sayı 146 milyon 23 min nəfər olub. Yəni, 35 ildə əhali nəinki artmayıb, hətta 2 milyon 491 min nəfər azalıb. Son 35 ildə Rusiya vətəndaşlığını qəbul edənlərin sayı 17-18 mln. nəfərə yaxın olub. Yəni miqrantlar Rusiyaya gəlib yaşamasaydılar, vətəndaşlıq almasaydılar, bu gün Rusiya əhalisi 130 milyon nəfərə yaxın olardı, hətta, daha aşağı rəqəmlər görərdik, çünki vətəndaşlıq alan miqrantların da övladları artıq Rusiya ərazisində dünyaya gəliblər. Yəni yan təsirləri də nəzərə alsaq, miqrantlar olmasaydı, Rusiya əhalisi indi 125 milyon nəfərə ancaq çatardı”. 

N.Cəfərli bildirib ki, Rusiyanın demoqrafiyasını heç miqrantlar da xilas edə bilmir:

“Son 6 ildə ölənlərin sayının doğulanlardan daha çox olduğu görünür. “Rosstatın” məlumatına görə, Rusiya Federasiyasında əhalinin təbii azalması (ölümlərin doğumdan çox olması) aşağıdakı kimi qiymətləndirilir: 2019-cu ildə – 317,2 min nəfər, 2020-ci ildə – 688,7 min nəfər, 2021-ci ildə – 1 milyon 042,7 min nəfər, 2022-ci ildə – 599,6 min nəfər, 2023-cü ildə – 495,3 min nəfər, 2024-cü ildə – 596,2 min nəfər.

Yəni Rusiya təbii olaraq “ölür”, əhali azalır, miqrantlar olmasa, hətta ac da qala bilərlər, çünki, miqrantların gördüyü işi rusiyalılar görmür, görmək istəmir. Bütün bunlara baxmayaraq, Kremlin təkidlə şovinist anti-miqrant siyasətinin izahı ancaq daxili problemləri ört-basdır etmək üçün “günah keçiləri” axtarışından başqa bir şey deyil, məntiqsiz yanaşmadır”.

Firuzə Əliyeva
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://sfera.az
archiveBu xəbər 02 Aprel 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri